https://sputnik.az/20240103/efqanistan-uzre-moskva-formati-2024-cu-ilde-fealiyyetini-davam-etdirecek---kabulov-461741132.html
Əfqanıstan üzrə Moskva formatı 2024-cü ildə fəaliyyətini davam etdirəcək - Kabulov
Əfqanıstan üzrə Moskva formatı 2024-cü ildə fəaliyyətini davam etdirəcək - Kabulov
Sputnik Azərbaycan
Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi deyir ki, ABŞ dondurulmuş Əfqanıstan aktivlərini tam həcmdə və faizlə qaytarmalıdırlar 03.01.2024, Sputnik Azərbaycan
2024-01-03T12:13+0400
2024-01-03T12:13+0400
2024-01-03T12:13+0400
rusiya
rusiya
əfqanıstan
https://cdnn1.img.sputnik.az/img/07e7/09/19/458953252_0:0:3287:1850_1920x0_80_0_0_46cd492667966e774883c6db5434ad6d.jpg
BAKI, 3 yanvar - Sputnik. Əfqanıstanla bağlı Moskva formatının işi 2024-cü ildə də davam etdiriləcək. Bunu TASS-a Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib. O, Moskva formatında işlərin davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, bu görüşlər ilin ikinci yarısında, payızda keçirilir. "Bu görüşlərlə bağlı vaxt yaxın zamanda bəlli olacaq. Amma qeyd edim ki, bu bizim üçün yeganə format deyil. Ona görə də payıza qədər bunu edəcəyik”, - deyə xüsusi nümayəndə bildirib.Kabulov qeyd edib ki, ABŞ dondurulmuş Əfqanıstan aktivlərini tam həcmdə və faizlə qaytarmalıdırlar:Rusiya prezidentinin xüsusi nümayəndəsi onu da bildirib ki, BMT-nin himayəsi altında Əfqanıstanla bağlı geniş iclas yanvarın ikinci yarısında baş tuta bilər: "Hələlik biz BMT-dən konkret tarix gözləyirik. Orada hamı bu barədə danışır, amma mən belə başa düşürəm ki, iclas yanvarın ikinci yarısında olacaq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/19/458953252_409:0:3140:2048_1920x0_80_0_0_dec519d4884b3c3e6ed2ebd175a63c66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, əfqanıstan
Əfqanıstan üzrə Moskva formatı 2024-cü ildə fəaliyyətini davam etdirəcək - Kabulov
Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi deyir ki, ABŞ dondurulmuş Əfqanıstan aktivlərini tam həcmdə və faizlə qaytarmalıdırlar
BAKI, 3 yanvar - Sputnik. Əfqanıstanla bağlı Moskva formatının işi 2024-cü ildə də davam etdiriləcək. Bunu TASS-a Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.
O, Moskva formatında işlərin davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, bu görüşlər ilin ikinci yarısında, payızda keçirilir.
"Bu görüşlərlə bağlı vaxt yaxın zamanda bəlli olacaq. Amma qeyd edim ki, bu bizim üçün yeganə format deyil. Ona görə də payıza qədər bunu edəcəyik”, - deyə xüsusi nümayəndə bildirib.
Kabulov qeyd edib ki, ABŞ dondurulmuş Əfqanıstan aktivlərini tam həcmdə və faizlə qaytarmalıdırlar:
"Bu, prinsipial məsələdir. Bunsuz biz özümüzü amerikalılarla eyni tərəfdə görmürük".
Rusiya prezidentinin xüsusi nümayəndəsi onu da bildirib ki, BMT-nin himayəsi altında Əfqanıstanla bağlı geniş iclas yanvarın ikinci yarısında baş tuta bilər:
"Hələlik biz BMT-dən konkret tarix gözləyirik. Orada hamı bu barədə danışır, amma mən belə başa düşürəm ki, iclas yanvarın ikinci yarısında olacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.