DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail Livanın paytaxtına PUA zərbələri endirib, ölənlər var

© AFP 2023 / ANWAR AMROBeyruta mənzərə, arxiv şəkli
Beyruta mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.01.2024
Abunə olmaq
Dron hücumu zamanı baş verən partlayışlarda ən az 6 nəfərin öldüyü, xeyli sayda yaralının olduğu bildirilir.
BAKI, 2 yanvar - Sputnik. İsrail pilotsuz uçuş aparatları ilə Livanın paytaxtı Beyrutu vurub.
RİA Novosti-nin xəbərinə görə, bu barədə Livanın NNA agentliyi məlumat yayıb.
Zərbələr Əl-Müşərrəfiyyə bölgəsində Fələstinin HAMAS radikal hərəkatının ofisinə endirilib.
Əraziyə təcili yardım maşınları cəlb olunub. Zərbələr nəticəsində HƏMAS-ın yüksək rütbəli rəsmisi Saleh əl-Aruri həlak olub. Ondan başqa hərəkatın daha 3 fəalının öldürüldüyü bildirilir. Ölənlər arasında HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam briqadalarının iki komandirinin də olduğu deyilir.
Dron hücumu zamanı baş verən partlayışlarda ən az 6 nəfərin öldüyü, xeyli sayda yaralının olduğu bildirilir.
Bu, 2006-cı ildən bəri İsrailin Beyruta ilk zərbəsidir.
Xəbər lenti
0