https://sputnik.az/20240102/rusiyali-milyarderlerin-serveti-50-milyard-dollar-artib-461733523.html
Rusiyalı milyarderlərin sərvəti 50 milyard dollar artıb
Rusiyalı milyarderlərin sərvəti 50 milyard dollar artıb
Sputnik Azərbaycan
“Lukoyl”un təsisçisi Vahid Ələkbərovun 24,7 milyard ABŞ dollarına yüksəlib. 02.01.2024, Sputnik Azərbaycan
2024-01-02T23:22+0400
2024-01-02T23:22+0400
2024-01-03T10:17+0400
rusiya
milyarder
"bloomberg" agentliyi
"lukoyl" şirkəti
vahid ələkbərov
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1b/461613202_0:0:2730:1537_1920x0_80_0_0_8b0069b71df7a11a210300ec822355c2.jpg
BAKI, 2 yanvar - Sputnik. Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ildə 50,012 milyard ABŞ dolları artıb.Bunu “Bloomberg” agentliyinin dərc etdiyi “Milyarderlər İndeksi” göstərir.Hesabata əsasən, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,29 milyard ABŞ dolları qazanıb və onun sərvəti 24,7 milyard ABŞ dollarına yüksəlib. “Eurochem”in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 5,67 milyard ABŞ dolları artaraq 17,2 milyard ABŞ dollarına yüksəlib. NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin sərvəti isə 23,9 milyard ABŞ dolları təşkil edib.Qeyd edilib ki, “Akron”un əsas səhmdarı Vyaçeslav Kantor ən çox itkiyə məruz qalıb, onun sərvəti 0,149 milyard ABŞ dolları azalaraq 6,21 milyard ABŞ dolları təşkil edib (Report).
https://sputnik.az/20240501/rusiyanin-en-varli-insanlari-servetlerini-daha-da-artirdilar-460149019.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1b/461613202_0:0:2730:2048_1920x0_80_0_0_66e3366e577a7f21f42a546c81d940c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milyarder, "bloomberg" agentliyi, "lukoyl" şirkəti, vahid ələkbərov
milyarder, "bloomberg" agentliyi, "lukoyl" şirkəti, vahid ələkbərov
Rusiyalı milyarderlərin sərvəti 50 milyard dollar artıb
23:22 02.01.2024 (Yenilənib: 10:17 03.01.2024) “Lukoyl”un təsisçisi Vahid Ələkbərovun 24,7 milyard ABŞ dollarına yüksəlib.
BAKI, 2 yanvar - Sputnik. Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ildə 50,012 milyard ABŞ dolları artıb.
Bunu “Bloomberg” agentliyinin dərc etdiyi “Milyarderlər İndeksi” göstərir.
Hesabata əsasən, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,29 milyard ABŞ dolları qazanıb və onun sərvəti 24,7 milyard ABŞ dollarına yüksəlib.
“Eurochem”in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 5,67 milyard ABŞ dolları artaraq 17,2 milyard ABŞ dollarına yüksəlib.
NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin sərvəti isə 23,9 milyard ABŞ dolları təşkil edib.
Qeyd edilib ki, “Akron”un əsas səhmdarı Vyaçeslav Kantor ən çox itkiyə məruz qalıb, onun sərvəti 0,149 milyard ABŞ dolları azalaraq 6,21 milyard ABŞ dolları təşkil edib (Report).