Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin: Rusiya Ukraynadakı münaqişəni bitirmək istəyir

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 01.01.2024
Abunə olmaq
Putin qeyd edib ki, döyüş meydanında vəziyyət dəyişir, "düşmən sönməyə" başlayıb.
BAKI, 1 yanvar - Sputnik. Rusiya Ukraynadakı münaqişəni bitirmək istəyir.
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi hospitalda hərbçilərlə görüşündə bildirib.
Onun sözlərinə görə, Ukrayna Rusiyanın düşməni deyil, Rusiyanın düşməni onun strateji məğlubiyyətinə nail olmaq istəyənlərdir: "Qərb əsrlər boyu Rusiya ilə məşğul olmaq vəzifəsini qarşısına qoyub, lakin biz, deyəsən, onlarla daha tez məşğul olacağıq. Biz də münaqişəyə son qoymaq istəyirik, ancaq öz şərtlərimizlə..."
Putin qeyd edib ki, döyüş meydanında vəziyyət dəyişir, "düşmən sönməyə" başlayıb.
Rusiya prezidenti Belqorodda baş verənləri isə terror aktı adlandırıb: "Əlbəttə, biz Kiyevin və istənilən başqa şəhərin meydanlarına zərbə endirə bilərik. Başa düşürəm, mənim içim də qaynayır, amma bizə mülki insanları vurmaq lazımdır? Xeyr, biz hərbi hədəfləri vururuq, belə də edəcəyik", -deyə Rusiya Prezidenti vurğulayıb.
Xəbər lenti
0