https://sputnik.az/20231230/rusiya-azerbaycanla-qarabagdaki-sulhmeramlilar-meselesinin-hellini-muzakire-edir-461678096.html
Rusiya Azərbaycanla Qarabağdakı sülhməramlılar məsələsinin həllini müzakirə edir
Rusiya Azərbaycanla Qarabağdakı sülhməramlılar məsələsinin həllini müzakirə edir
Sputnik Azərbaycan
Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq "Dağlıq Qarabağ"... 30.12.2023, Sputnik Azərbaycan
2023-12-30T10:43+0400
2023-12-30T10:43+0400
2023-12-30T10:43+0400
rusiya
rusiya
sülhməramlı
qarabağ
rusiya xin
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425474106_0:0:3117:1754_1920x0_80_0_0_097e38c1c3cab998859f221b28f46089.jpg
BAKI, 30 dekabr — Sputnik. Moskva Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycana məxsus kimi tanımaq qərarından sonra Azərbaycan tərəfi ilə Qarabağda sülhməramlıların qalması ilə bağlı bütün məsələləri nəzərdən keçirir. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə müsahibəsində bildirib . O xatırladıb ki, sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq "Dağlıq Qarabağ" münaqişəsi zonasına yerləşdirilib. Dekabrın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan XİN-də ilin yekununa dair hesabat brifinqində bildirib ki, üçtərəfli bəyanat var və bu bəyanat liderlər səviyyəsində imzalanıb:Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib. Sənəd sülhməramlıların yerləşdirilməsinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq həyata keçirilməsini nəzərdə tuturdu. Kontingentin xidmət müddəti 5 il təşkil edir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılmış sayılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425474106_233:0:2964:2048_1920x0_80_0_0_cfb32965743ed84fffe6f0eb4ebcced7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, sülhməramlı, qarabağ, rusiya xin
rusiya, sülhməramlı, qarabağ, rusiya xin
Rusiya Azərbaycanla Qarabağdakı sülhməramlılar məsələsinin həllini müzakirə edir
Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq "Dağlıq Qarabağ" münaqişəsi zonasına yerləşdirilib.
BAKI, 30 dekabr — Sputnik. Moskva Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycana məxsus kimi tanımaq qərarından sonra Azərbaycan tərəfi ilə Qarabağda sülhməramlıların qalması ilə bağlı bütün məsələləri nəzərdən keçirir. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə müsahibəsində bildirib .
O xatırladıb ki, sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq "Dağlıq Qarabağ" münaqişəsi zonasına yerləşdirilib.
"Bu sənədi heç kim ləğv etməyib. Orada bizim sülhməramlılarımızın 5 il müddətində, yəni 2025-ci ilin noyabr ayına qədər daha da uzadılma imkanı ilə bölgədə qalması nəzərdə tutulur. Əlbəttə, 2022-ci ilin oktyabrında Praqa görüşündən başlayaraq Aİ-nin himayəsi altında keçirilən sammitlərdə Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycana məxsusluğunu tanıması qərarından sonra bölgədə vəziyyət kəskin şəkildə dəyişib", - o əlavə edib.
"İndi biz Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk. Bu, qarşılıqlı hörmət və konstruktiv şəraitdə baş verir", - o vurğulayıb.
Dekabrın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan XİN-də ilin yekununa dair hesabat brifinqində bildirib ki, üçtərəfli bəyanat var və bu bəyanat liderlər səviyyəsində imzalanıb:
"Orada Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub. Bu sənəd əsas götürülməlidir".
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.
Sənəd sülhməramlıların yerləşdirilməsinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq həyata keçirilməsini nəzərdə tuturdu.
Kontingentin xidmət müddəti 5 il təşkil edir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılmış sayılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.