Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Rusiyanın aktivlərini müsadirə edərsə, Moskva simmetrik hərəkət edəcək - XİN

© Sputnik / Виталий Белоусов / Mediabanka keçidRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2023
Abunə olmaq
Almaniya, Fransa, İtaliya və Aİ ABŞ-ın Rusiyanın 300 milyard dollar dəyərində dondurulmuş aktivlərini müsadirə etmək fikrinə şübhə ilə yanaşır.
BAKI, 30 dekabr — Sputnik. Qərb Rusiyanın aktivlərini müsadirə edərsə, Moskva simmetrik hərəkət edəcək: bunun təsir edə biləcəyi Qərb vəsaitlərinin həcmi əhəmiyyətlidir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski RİA Novosti-yə bildirib.

"Əlbəttə, əgər Rusiya aktivləri və ya onların bir hissəsi müsadirə olunarsa, biz simmetrik hərəkət etməyə məcbur olacağıq. Mən konkret məbləğlər barədə danışmayacağam. Bu, Maliyyə Nazirliyi və Rusiya Bankının səlahiyyətindədir, lakin bizim xüsusi iqtisadi cavab tədbirlərinin əhatə dairəsi əhəmiyyətlidir", - deyə agentliyə müsahibəsində bildirib.

Daha əvvəl "Financial Times" qəzeti mənbələrə istinadən yazıb ki, Almaniya, Fransa, İtaliya və Aİ ABŞ-ın Rusiya Federasiyasının 300 milyard dollar dəyərində dondurulmuş aktivlərini müsadirə etmək fikrinə şübhə ilə yanaşır və ilk növbədə qanuniliyini diqqətlə qiymətləndirməyi zəruri hesab edir.Nəşrin məlumatına görə, ABŞ G7 ölkələrinin işçi qruplarını Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsi yollarını öyrənməyə dəvət edib və Britaniya, Yaponiya və Kanadanın dəstəyi ilə Rusiya aktivlərinin müsadirəsi məsələsi üzrə variantlar hazırlamağı təklif edib.
© Sputnik / Мария ДевахинаRusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski, arxiv
Дмитрий Биричевский - Sputnik Azərbaycan, 1920, 30.12.2023
Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski, arxiv
Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, ABŞ Rusiya Federasiyasının dondurulmuş suveren aktivlərindən Ukraynaya kömək məqsədilə istifadə etmək imkanından danışmağın erkən olduğunu düşünür.
Ukraynada xüsusi əməliyyat başlayandan sonra Aİ və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurub. Təxminən 200 milyard avro Aİ-də, əsasən dünyanın ən böyük hesablaşma və klirinq sistemlərindən biri olan Belçika "Euroclear"ın hesablarındadır. Oktyabrın sonunda "Euroclear" 2023-cü ilin doqquz ayı ərzində sanksiyaya məruz qalmış Rusiya aktivlərinə investisiyalardan təxminən 3 milyard avro faiz qazandığını bildirdi.
Kreml bəyan edib ki, bu cür qərarların qəbulu beynəlxalq hüququn bütün qayda və normalarını pozmaq üçün növbəti addım olardı. Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Avropadakı aktivlərinin dondurulmasını oğurluq adlandırıb və qeyd edib ki, Aİ təkcə fərdi şəxslərin vəsaitlərini deyil, həm də Rusiyanın dövlət aktivlərini hədəfləyir.
Daha əvvəl Rusiya maliyyə naziri Anton Siluanov bildirmişdi ki, 2022-ci ildən bəri dost olmayan Qərb ölkələri Rusiyaya, onun vətəndaşlarına və təşkilatlarına qarşı sanksiyalar tətbiq edir, Aİ və digər Qərb ölkələri isə Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi üçün hüquqi şəraitin yaradılması üzərində fəal işləyirlər. Rusiya şirkətlərinin törəmə şirkətlərinə nəzarət, Rusiya hüquqi və fiziki şəxsləri mülkiyyət hüquqlarından qanunsuz olaraq məhrum edilir və ya məhdudlaşdırılır.
Rusiya daha əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə odla oynayır. Kreml bəyan edib ki, Ukraynanı Qərbdən silahlarla doldurmaq Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək. Lavrov həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadr hazırlığı ilə birbaşa iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Aİ bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2023
RUSİYA
ABŞ Rusiyanın dondurulmuş aktivlərini Aİ-nin razılığı olmadan Kiyevə köçürə bilməyəcək
Xəbər lenti
0