https://sputnik.az/20231230/bank-karti-ile-metrodan-kecid-mumkun-olacaq--tarix-aciqlandi-461695344.html
Bank kartı ilə metrodan keçid mümkün olacaq -Tarix açıqlandı
Bank kartı ilə metrodan keçid mümkün olacaq -Tarix açıqlandı
Sputnik Azərbaycan
Bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq. 30.12.2023, Sputnik Azərbaycan
2023-12-30T23:04+0400
2023-12-30T23:04+0400
2023-12-31T10:12+0400
metro
paytaxt xəbərləri
bank
kart
https://cdnn1.img.sputnik.az/img/07e4/09/11/424953604_0:142:3388:2048_1920x0_80_0_0_6e0bcc5a47d2a0ce260da3922ba43eb8.jpg
BAKI, 30 dekabr — Sputnik. 2024-cü ildə bank kartı ilə metrodan keçid mümkün ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. "Hazırda ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq", - deyə qrurm rəsmisi bildirib. Onun sözlərinə görə, 2024-cü ilin yanvar ayından bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək."Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda müvafiq ödəniş sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur", - məlumatda qeyd olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/11/424953604_657:0:3388:2048_1920x0_80_0_0_65daf767eaa58de5d919a9b7ac4fc0e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
metro, bank, kart
Bank kartı ilə metrodan keçid mümkün olacaq -Tarix açıqlandı
23:04 30.12.2023 (Yenilənib: 10:12 31.12.2023) Bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq.
BAKI, 30 dekabr — Sputnik. 2024-cü ildə bank kartı ilə metrodan keçid mümkün ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
"Hazırda ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq", - deyə qrurm rəsmisi bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin yanvar ayından bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək.
"Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda müvafiq ödəniş sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur", - məlumatda qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.