https://sputnik.az/20231229/rusiya-abs-ve-avropaya-qarsi-sanksiyalar-paketi-hazirlayib-461669218.html
Rusiya ABŞ və Avropaya qarşı sanksiyalar paketi hazırlayıb
Rusiya ABŞ və Avropaya qarşı sanksiyalar paketi hazırlayıb
Sputnik Azərbaycan
Kremlin nümayəndəsinin sözlərinə görə, hakimiyyət hər şeyi edəcək ki, bu, ölkənin maraqlarına daha uyğun olsun. 29.12.2023, Sputnik Azərbaycan
2023-12-29T20:15+0400
2023-12-29T20:15+0400
2023-12-29T20:15+0400
sanksiya
rusiya
ukrayna
abş
ai
g7
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/40522/19/405221965_29:0:991:541_1920x0_80_0_0_76e7f88f4e856c7c5eb7259ce9afb96a.jpg
BAKI, 29 dekabr — Sputnik. Hakimiyyət ABŞ və Avropa İttifaqının xaricdəki dondurulmuş Rusiya aktivlərinə həbs qoymaqla hədələdikləri təqdirdə müsadirə olunacaq Qərbin aktivlərinin siyahısını hazırlayıb. Bunu dekabrın 29-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Təbii ki, Qərb aktivlərinin xüsusi siyahısı var. Qarşı tərəflərimizin tam gözlənilməzliyini, beynəlxalq hüququn və digər qanunların, o cümlədən milli qanunların pozulmasına meyllərini başa düşərək, müasir iqtisadi sistemin məhv edilməsini, iqtisadi sistemin əsas postulatlarına inamın pozulmasını nəzərdə tuturam - bu həm ehtiyat valyutadır, həm də mülkiyyət toxunulmazlığı prinsipidir - biz mümkün cavab addımlarını əvvəlcədən təhlil etmişik" - Kremlin rəsmi nümayəndəsi əminliklə bildirib. Peskovun sözlərinə görə, hakimiyyət hər şeyi edəcək ki, bu, ölkənin maraqlarına daha uyğun olsun. "Ancaq hər hansı bir nəzəriyyə qanuni ola bilməz. Yalançı da ola bilər. Ən əsası, bu, beynəlxalq iqtisadiyyatın əsas parametrlərinə zərbə olacaq. Bu, digər ölkələrin ABŞ və Avropa Birliyinə iqtisadi yalançı zəmanət kimi etibarını pozacaq. Bu cür hərəkətlər ciddi nəticələrlə doludur" - Rusiya prezidentinin mətbuat katibi sözünə davam edib. Kreml nümayəndəsi əlavə edib ki, vaxtilə Aİ və ABŞ Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq etməyə başlayanda bumeranq effekti barədə düşünmürdülər: "Hazırda bu effekt açıq-aşkardır. Onlar isə sadəcə düşünmürlər, onlar sual qarşısında qalıblar: görəsən, doğru hərəkət ediblər? Aktivlərimizin oğurluğu şəklində bu cür hərəkətlərin daha da zərərli nəticələri olacaq". Bununla yanaşı, o, Rusiyanın Qərbin hərəkətlərinə cavab olaraq müsadirə edə biləcəyi aktivlərin adını çəkməyib. "Financial Times"ın məlumatına görə, ABŞ fevral ayında liderlərin görüşündə G7 tərəfdaşlarına Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlərinin müsadirə edilməsi imkanını müzakirə etməyi təklif edib. İdeya Böyük Britaniya, Yaponiya və Kanada tərəfindən dəstəklənib. Britaniya nəşri əmin edir ki, üç işçi qrupu müsadirənin hüquqi aspektlərini, üsullarını, risklərini, habelə bu aktivlərin Ukraynaya göndərilməsi imkanlarını dərhal qiymətləndirməklə məşğuldur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40522/19/405221965_149:0:870:541_1920x0_80_0_0_a82444a2a4a6020c5d064a6ab27d715a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sanksiya, ukrayna, abş, ai, g7, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
sanksiya, ukrayna, abş, ai, g7, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
Rusiya ABŞ və Avropaya qarşı sanksiyalar paketi hazırlayıb
Kremlin nümayəndəsinin sözlərinə görə, hakimiyyət hər şeyi edəcək ki, bu, ölkənin maraqlarına daha uyğun olsun.
BAKI, 29 dekabr — Sputnik. Hakimiyyət ABŞ və Avropa İttifaqının xaricdəki dondurulmuş Rusiya aktivlərinə həbs qoymaqla hədələdikləri təqdirdə müsadirə olunacaq Qərbin aktivlərinin siyahısını hazırlayıb.
Bunu dekabrın 29-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Təbii ki, Qərb aktivlərinin xüsusi siyahısı var. Qarşı tərəflərimizin tam gözlənilməzliyini, beynəlxalq hüququn və digər qanunların, o cümlədən milli qanunların pozulmasına meyllərini başa düşərək, müasir iqtisadi sistemin məhv edilməsini, iqtisadi sistemin əsas postulatlarına inamın pozulmasını nəzərdə tuturam - bu həm ehtiyat valyutadır, həm də mülkiyyət toxunulmazlığı prinsipidir - biz mümkün cavab addımlarını əvvəlcədən təhlil etmişik" - Kremlin rəsmi nümayəndəsi əminliklə bildirib.
Peskovun sözlərinə görə, hakimiyyət hər şeyi edəcək ki, bu, ölkənin maraqlarına daha uyğun olsun.
"Ancaq hər hansı bir nəzəriyyə qanuni ola bilməz. Yalançı da ola bilər. Ən əsası, bu, beynəlxalq iqtisadiyyatın əsas parametrlərinə zərbə olacaq. Bu, digər ölkələrin ABŞ və Avropa Birliyinə iqtisadi yalançı zəmanət kimi etibarını pozacaq. Bu cür hərəkətlər ciddi nəticələrlə doludur" - Rusiya prezidentinin mətbuat katibi sözünə davam edib.
Kreml nümayəndəsi əlavə edib ki, vaxtilə Aİ və ABŞ Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq etməyə başlayanda bumeranq effekti barədə düşünmürdülər:
"Hazırda bu effekt açıq-aşkardır. Onlar isə sadəcə düşünmürlər, onlar sual qarşısında qalıblar: görəsən, doğru hərəkət ediblər? Aktivlərimizin oğurluğu şəklində bu cür hərəkətlərin daha da zərərli nəticələri olacaq".
Bununla yanaşı, o, Rusiyanın Qərbin hərəkətlərinə cavab olaraq müsadirə edə biləcəyi aktivlərin adını çəkməyib.
"Financial Times"ın məlumatına görə, ABŞ fevral ayında liderlərin görüşündə G7 tərəfdaşlarına Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlərinin müsadirə edilməsi imkanını müzakirə etməyi təklif edib. İdeya Böyük Britaniya, Yaponiya və Kanada tərəfindən dəstəklənib. Britaniya nəşri əmin edir ki, üç işçi qrupu müsadirənin hüquqi aspektlərini, üsullarını, risklərini, habelə bu aktivlərin Ukraynaya göndərilməsi imkanlarını dərhal qiymətləndirməklə məşğuldur.