Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Qərbin Rusiyaya qarşı sanksiyalarının bumeranq effekti göz qabağındadır

© Sputnik / Гавриил Григоров / POOL / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 29.12.2023
Abunə olmaq
Kremlin nümayəndəsi əlavə edib ki, Qərbin dondurulmuş Rusiya aktivlərini müsadirə etmək cəhdləri daha fəlakətli nəticələrə gətirib çıxaracaq.
BAKI, 29 dekabr — Sputnik. ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq edərkən bumeranq effekti haqqında heç düşünməyiblər.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı deyib.
"Ancaq indi bu, artıq göz qabağındadır. Onlar bu barədə nəinki düşünməyiblər, həm də çoxları artıq etdiklərinin doğru olub-olmadığını düşünürlər" - Peskov qeyd edib.
Rusiya dövlət başçısının mətbuat katibi əlavə edib ki, Qərbin dondurulmuş Rusiya aktivlərini müsadirə etmək cəhdləri daha da fəlakətli nəticələrə gətirib çıxaracaq.
Bu yaxınlarda Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev söyləyib ki, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarının ləğvi üçün heç bir ilkin şərt yoxdur.
Xəbər lenti
0