DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan Rusiya telekanallarının yayımını dayandırmağa hazırlaşır: Sanksiyalar olacaq

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidOstankino TV Center in Moscow
Ostankino TV Center in Moscow - Sputnik Azərbaycan, 1920, 10.04.2024
Abunə olmaq
Erməni nazir deyib ki, təkliflər qəbul olunmasa, Ermənistan müqaviləni birtərəfli qaydada ləğv edəcək.
BAKI, 10 aprel - Sputnik. Ermənistan tərəfinin sənədin redaktə edilməsi ilə bağlı təklifləri qəbul olunmasa, ölkə Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər.
Bunu ölkənin yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan bildirib.
"Gələn həftə Rusiya tərəfinə sazişə düzəlişlər və yeni təkliflər paketi təqdim etməyi planlaşdırırıq ki, nəticə verəcək sənəd əldə edilsin, pozuntular olsa, sanksiyalar tətbiq olunacaq. Təkliflər qəbul olunmasa, Ermənistanın müqaviləni birtərəfli qaydada ləğv edəcəyini istisna etmirəm”, - Ayrapetyan parlamentdə bildirib.
Onun sözlərinə görə, artıq qarşı tərəflə məsləhətləşmələr aparılıb, lakin Rusiya telekanallarının Ermənistan ərazisində yayımlanan televiziya proqramlarında erməni tərəfinin artıq qeydə aldığı pozuntular ətrafında konsensus əldə olunmayıb.
Martın sonunda Ermənistanda “RTR-Planeta” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” müəllif verilişlərinin yayımı dayandırılıb.
Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsinin mətbuat xidməti qərarın iki ölkə arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin 5 və 6-cı maddələrinin mütəmadi olaraq pozulması əsasında qəbul edildiyini bildirib.
29.12.23, 19:00
Paşinyan Rusiya telekanallarının yayımının dayandırılmasına qarşı çıxan naziri işdən atıb
Ermənistanda nazir vəzifəsindən uzaqlaşdırılıb.
Sputnik Ermənistan-ın yaydığı məlumata görə, ölkənin yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan tutduğu vəzifədən azad edilib.
Robert Xaçatryan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasına qarşı olduğu üçün vəzifəsi ilə xudafizləşib.
Bundan əvvəl mətbuat hakimiyyətin Robert Xaçatryanı nazir vəzifəsindən azad etmək niyyətində olduğunu yazmışdı. Jurnalistlərlə söhbətində nazir bu məlumatı bir neçə dəfə təkzib edib.
Qeyd edək ki, dekabrın 18-də Ermənistan parlamentində (maliyyə, kredit və büdcə məsələləri üzrə komissiya səviyyəsində) Hesablama Palatasının hesabatı dinlənilib. Burada nazirliyin fəaliyyətinə dair yoxlamaların nəticələri qeyd edilib. Bildirilib ki, yoxlama zamanı Kibertəhlükəsizlik üzrə dövlət proqramının həyata keçirilmədiyi qeydə alınıb.
2021-ci ilin sentyabrına qədər sənayedə milli standartların qəbulu, 2022-ci ilin dekabrına qədər isə milli kibertəhlükəsizlik mərkəzinin yaradılması nəzərdə tutulurdu. Məlum olub ki, nazirlik bu öhdəliklərin heç birinin yerinə yetirməyib.
Robert Xaçatryan 2022-ci il aprelin 27-də nazir təyin edilib. O, bundan əvvəl 2021-22-ci illərdə yüksək texnologiyalar sənayesi nazirinin müavini vəzifəsində çalışıb.
Xəbər lenti
0