Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-ın yardım paketi Ukrayna cəbhəsindəki vəziyyəti dəyişməyəcək

© Sputnik / Павел Лисицын / Mediabanka keçidRusiya hərbçisi, arxiv şəkli
Rusiya hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2023
Abunə olmaq
Ukrayna Radasının deputatı əminliklə bildirib ki, bu məbləğ kifayət deyil, yardıma ayrılan vəsait müəyyən müddətə kimi çatacaq.
BAKI, 29 dekabr — Sputnik. ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi cəbhədəki vəziyyəti dəyişməyəcək.
Bunu Ukrayna Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev "The Washington Post" qəzetinə müsahibəsində deyib.
ABŞ-ın yardım paketinin ümumi məbləği 250 milyon dollardır. Çernev əminliklə bildirib ki, bu məbləğ kifayət deyil, yardıma ayrılan vəsait "müəyyən müddətə kimi çatacaq, lakin onlar döyüş meydanındakı vəziyyəti dəyişdirmək iqtidarında deyil".
"Bu kiçik yardım paketi ABŞ-ın Ukraynaya dəstəyi ilə bağlı problemlərin olduğunun sübutudur. Biz bu problemlərin müvəqqəti olduğuna və tezliklə həll olunacağına inanırıq" - Çernev qeyd edib.
Donetsk rəhbərinin müşaviri Yan Qaqin də oxşar fikri bölüşüb. Onun sözlərinə görə, rəhbərlik hər gün hərbi əməliyyatlara təxminən 100 milyon dollar sərf edir. Beləliklə, 250 milyon dollar Ukrayna üçün cəmi iki-üç günə kifayət edəcək.
Bu yaxınlarda Polşa generalı ABŞ-ın köməyi olmadığı halda Ukraynanın məğlub olduğunu söyləyib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığın altından xətt çəkir.
Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyadan sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0