https://sputnik.az/20231228/ulyanov-eskalasiya-bas-vererse-ilk-zerer-ceken-finlandiya-olacaq-461633877.html
Ulyanov: Eskalasiya baş verərsə, ilk zərər çəkən Finlandiya olacaq
Ulyanov: Eskalasiya baş verərsə, ilk zərər çəkən Finlandiya olacaq
Sputnik Azərbaycan
Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını cavab addımları atmağa – xüsusən də Leninqrad və Moskva hərbi dairələrinin bərpası barədə qərar qəbul... 28.12.2023, Sputnik Azərbaycan
2023-12-28T12:21+0400
2023-12-28T12:21+0400
2023-12-28T12:28+0400
mixail ulyanov
rusiya
nato
finlandiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/01/449156404_0:0:3071:1728_1920x0_80_0_0_6c1b00c56d566d7b3b34c79e89cda2de.jpg
BAKI, 28 dekabr — Sputnik. Rusiya Finlandiyanın NATO-ya üzv olmağında bu ölkə üçün fayda görmür, çünki Moskva ilə alyans arasında hərbi gərginliyin artacağı təqdirdə, ilk növbədə məhz bu ölkə zərər görəcək. Bu barədə "RİA Novosti"yə müsahibəsində Rusiya Federasiyasının Vyanada beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib. Diplomatın qeyd etdiyi kimi, Moskva ənənəvi olaraq qonşusuna mehriban qonşuluq münasibətləri olan "neytral və ümumiyyətlə, dost ölkə" kimi baxır. Bununla belə, Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını cavab addımları atmağa – xüsusən də Leninqrad və Moskva hərbi dairələrinin bərpası barədə qərar qəbul etməyə sövq edib. Rusiyanın Vyanadakı daimi nümayəndəsi, həmçinin xatırladıb ki, ABŞ və Finlandiya müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu saziş çərçivəsində Amerika hərbçilərinin müttəfiqinin ərazisindəki hərbi obyektlərə çıxışı olacaq."Bu, artıq ciddi bir çağırışdır", - deyə Ulyanov vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/01/449156404_147:0:2878:2048_1920x0_80_0_0_1c8337029ffbbf5e9953e2369c500796.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mixail ulyanov, nato, finlandiya
mixail ulyanov, nato, finlandiya
Ulyanov: Eskalasiya baş verərsə, ilk zərər çəkən Finlandiya olacaq
12:21 28.12.2023 (Yenilənib: 12:28 28.12.2023) Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını cavab addımları atmağa – xüsusən də Leninqrad və Moskva hərbi dairələrinin bərpası barədə qərar qəbul etməyə sövq edib.
BAKI, 28 dekabr — Sputnik. Rusiya Finlandiyanın NATO-ya üzv olmağında bu ölkə üçün fayda görmür, çünki Moskva ilə alyans arasında hərbi gərginliyin artacağı təqdirdə, ilk növbədə məhz bu ölkə zərər görəcək.
Bu barədə "RİA Novosti"yə müsahibəsində Rusiya Federasiyasının Vyanada beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
Diplomatın qeyd etdiyi kimi, Moskva ənənəvi olaraq qonşusuna mehriban qonşuluq münasibətləri olan "neytral və ümumiyyətlə, dost ölkə" kimi baxır. Bununla belə, Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını cavab addımları atmağa – xüsusən də Leninqrad və Moskva hərbi dairələrinin bərpası barədə qərar qəbul etməyə sövq edib.
"Yəni, cavab tədbirləri hər zaman olacaq. Mən, sadəcə Finlandiyanın bundan necə faydalandığını başa düşə bilmirəm. Biz sakit, dinc yaşamışıq. Amma birdən-birə alyansın tərkib hissəsi kimi Rusiya ilə NATO arasında qaldıq. Lakin qonşuyuq və Allah eləməsin, əgər hər hansı bir gərginlik olarsa, bundan birinci Finlandiya özü əziyyət çəkəcək. Əlbəttə ki, bunu heç istəməzdik", - deyə Ulyanov bildirib.
Rusiyanın Vyanadakı daimi nümayəndəsi, həmçinin xatırladıb ki, ABŞ və Finlandiya müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu saziş çərçivəsində Amerika hərbçilərinin müttəfiqinin ərazisindəki hərbi obyektlərə çıxışı olacaq.
"Bu, artıq ciddi bir çağırışdır", - deyə Ulyanov vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.