https://sputnik.az/20231228/ukraynanin-sabiq-bas-naziri-zelenskinin-yeni-hucum-xeyallarini-alt-ust-edib-461628212.html
Ukraynanın sabiq Baş naziri Zelenskinin yeni hücum xəyallarını alt-üst edib
Ukraynanın sabiq Baş naziri Zelenskinin yeni hücum xəyallarını alt-üst edib
Sputnik Azərbaycan
Azarov deyib ki, Ukrayna əvvəlki hücumun uğursuzluğu fonunda yeni hücuma keçməyəcək. 28.12.2023, Sputnik Azərbaycan
2023-12-28T10:31+0400
2023-12-28T10:31+0400
2023-12-28T10:40+0400
vladimir zelenski
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116969_0:160:3072:1888_1920x0_80_0_0_9f8802fca68d599276211683dd2911ce.jpg
BAKI, 27 dekabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) 2024-cü ildə yeni genişmiqyaslı hücuma keçməyəcək. Əvvəlki əməliyyatın uğursuz olması səbəbindən Kiyev ya müdafiə mövqeyi tutacaq, ya da geri çəkiləcək. Bu barədə Rusiya mediası Ukraynanın sabiq Baş naziri Nikolay Azarovun öz sosial şəbəkələrində qeydlərinə istinadən xəbər verib. Azarov hesab edir ki, gələn il Ukrayna Silahlı Qüvvələrinin komandanlığı "xüsusi avantüralar" planlaşdırmayacaq və Kiyevin yeni səfərbərlik dalğası planlaşdırmasına baxmayaraq, diqqətini müdafiəyə yönəldəcək. Siyasətçi bildirib ki, Rusiya müdafiəsini pozmaq üçün əsgərliyə yeni alınmış hərbçilərdən istifadə etmək çox risklidir, çünki bu qədər əsgərin itirilməsi, şübhəsiz ki, "son insan resursları olduğu üçün tam təslim olmağa" gətirib çıxaracaq. Azarov həmçinin əlavə edib ki, Kiyev böyük ordu saxlamaq bəhanəsi ilə Qərbdən əlavə pul almaq üçün yeni genişmiqyaslı səfərbərliyə ehtiyac duyur. Onun sözlərinə görə, hazırda bu, Kiyev rejimi üçün əsas vəzifədir və heç kim də bunu gizlətmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116969_171:0:2902:2048_1920x0_80_0_0_34986f195c5d70a93ebac22d02ce1977.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, ukrayna
vladimir zelenski, ukrayna
Ukraynanın sabiq Baş naziri Zelenskinin yeni hücum xəyallarını alt-üst edib
10:31 28.12.2023 (Yenilənib: 10:40 28.12.2023) Azarov deyib ki, Ukrayna əvvəlki hücumun uğursuzluğu fonunda yeni hücuma keçməyəcək.
BAKI, 27 dekabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) 2024-cü ildə yeni genişmiqyaslı hücuma keçməyəcək. Əvvəlki əməliyyatın uğursuz olması səbəbindən Kiyev ya müdafiə mövqeyi tutacaq, ya da geri çəkiləcək.
Bu barədə Rusiya mediası Ukraynanın sabiq Baş naziri Nikolay Azarovun öz sosial şəbəkələrində qeydlərinə istinadən xəbər verib.
"Ukrayna intihar hücumlarını dayandırır. Yeni bir hücum olmayacaq, bu, artıq tamamilə aydındır. Məlum məsələdir ki, Kiyev rejimi hazırda tutduqları xətti qoruyub saxlamaq üçün strategiya qəbul edib", - deyə siyasətçi yazıb.
Azarov hesab edir ki, gələn il Ukrayna Silahlı Qüvvələrinin komandanlığı "xüsusi avantüralar" planlaşdırmayacaq və Kiyevin yeni səfərbərlik dalğası planlaşdırmasına baxmayaraq, diqqətini müdafiəyə yönəldəcək.
Siyasətçi bildirib ki, Rusiya müdafiəsini pozmaq üçün əsgərliyə yeni alınmış hərbçilərdən istifadə etmək çox risklidir, çünki bu qədər əsgərin itirilməsi, şübhəsiz ki, "son insan resursları olduğu üçün tam təslim olmağa" gətirib çıxaracaq.
Azarov həmçinin əlavə edib ki, Kiyev böyük ordu saxlamaq bəhanəsi ilə Qərbdən əlavə pul almaq üçün yeni genişmiqyaslı səfərbərliyə ehtiyac duyur. Onun sözlərinə görə, hazırda bu, Kiyev rejimi üçün əsas vəzifədir və heç kim də bunu gizlətmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.