Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın müdafiə sənayesi Qərbin hərbi-texniki potensialına meydan oxuyub

© Sputnik / Mediabanka keçidŞoyqu
Şoyqu - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Abunə olmaq
Rusiya hərbi müəssisələri ən populyar silah növlərinin və məhvetmə vasitələrinin istehsalını bir neçə dəfə artırıblar. Bu, xüsusi əməliyyat zamanı ordunun fasiləsiz təchizatını təmin etməyə imkan verir.
BAKI, 28 dekabr — Sputnik. Rusiya Hərbi Sənaye Kompleksinin mütəxəssisləri Qərbin "təriflənmiş hərbi-texniki potensialına" meydan oxuyublar.
Bunu Rusiya Federasiyası müdafiə naziri Sergey Şoyqu ölkənin Silahlı Qüvvələrinin rəhbərliyi ilə keçirdiyi birgə konfransda deyib.
O qeyd edib ki, Rusiya hərbi müəssisələri ən populyar silah növlərinin istehsalını bir neçə dəfə artırıblar. Bu, xüsusi əməliyyat zamanı ordunun fasiləsiz təchizatını təmin etməyə imkan verir.
"Xüsusi hərbi əməliyyat zonasına cəlb olunan qoşunların fasiləsiz təchizatını təmin etmək üçün hərbi sənaye kompleksinin müəssisələri ən populyar silah və məhvetmə vasitələrinin istehsalını əhəmiyyətli dərəcədə artırıblar. Bir çoxları sutkalıq əməliyyat rejiminə keçiblər" - Şoyqu bildirib.
Bundan əvvəl müdafiə naziri Rusiya hərbçiləri tərəfindən Donetskin Maryinka şəhərinin tam azad edilməsi barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə edib. Şoyqu 150-ci İdritsa-Berlin diviziyasının döyüşçülərinin xidmətlərini qeyd edib.
Xəbər lenti
0