https://sputnik.az/20231228/rusiya-2024-cu-ilde-maqate-rehberinin-seferini-gozleyir-461631789.html
Rusiya 2024-cü ildə MAQATE rəhbərinin səfərini gözləyir
Rusiya 2024-cü ildə MAQATE rəhbərinin səfərini gözləyir
Sputnik Azərbaycan
Zaporojye Atom Elektrik Stansiyası aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. 2022-ci ilin oktyabrında... 28.12.2023, Sputnik Azərbaycan
2023-12-28T11:11+0400
2023-12-28T11:11+0400
2023-12-28T11:23+0400
maqate
rusiya
zaporojye
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445537236_0:0:3072:1728_1920x0_80_0_0_61c9997980c8bcee52113548d0ce4465.jpg
BAKI, 28 dekabr — Sputnik. MAQATE-nin baş direktoru Rafael Qrossinin 2024-cü ildə yenidən Rusiyaya səfəri gözlənilir. Konkret tarix tərəflərin hazırlığından asılı olacaq. Bunu Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov "RİA Novosti"yə müsahibəsində bildirib. Onun sözlərinə görə, tərəflər "kifayət qədər sıx dialoqu" davam etdirirlər. Ulyanov xatırladıb ki, 2022 və 2023-cü illərdə Qrossi ilk növbədə Zaporojye AES-ə dair Rusiya idarələrarası nümayəndə heyəti ilə məsləhətləşmələrdə iştirak etməkdən ötrü Rusiya Federasiyasına bir neçə dəfə səfər edib. Qeyd üdək ki, Zaporojye Atom Elektrik Stansiyası Dnepr çayının sol sahilində, Enerqodar şəhərinin yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır - stansiyada 1 giqavatt gücündə altı enerji bloku var. 2022-ci ilin oktyabrında AES Rusiya Federasiyasının mülkiyyətinə keçib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Kiyev rejimi Zaporojye atom elektrik stansiyasını qəsdən atəşə tutmağa davam etməklə nüvə fəlakəti təhlükəsi görüntüsü yaratmağa çalışır. Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojye AES-in ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445537236_171:0:2902:2048_1920x0_80_0_0_ca9a949d846cc2f1acb829ad16bd118b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
maqate, zaporojye
Rusiya 2024-cü ildə MAQATE rəhbərinin səfərini gözləyir
11:11 28.12.2023 (Yenilənib: 11:23 28.12.2023) Zaporojye Atom Elektrik Stansiyası aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. 2022-ci ilin oktyabrında AES Rusiya Federasiyasının mülkiyyətinə keçib.
BAKI, 28 dekabr — Sputnik. MAQATE-nin baş direktoru Rafael Qrossinin 2024-cü ildə yenidən Rusiyaya səfəri gözlənilir. Konkret tarix tərəflərin hazırlığından asılı olacaq.
Bunu Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov "RİA Novosti"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, tərəflər "kifayət qədər sıx dialoqu" davam etdirirlər. Ulyanov xatırladıb ki, 2022 və 2023-cü illərdə Qrossi ilk növbədə Zaporojye AES-ə dair Rusiya idarələrarası nümayəndə heyəti ilə məsləhətləşmələrdə iştirak etməkdən ötrü Rusiya Federasiyasına bir neçə dəfə səfər edib.
"Əlbəttə, bu dialoq davam edəcək. Düşünürəm ki, o, böyük ehtimalla 2024-cü ildə Rusiyaya səfər edəcək. Tarix hər iki tərəfin hazırlığından asılıdır. Hələlik bununla bağlı tam aydınlıq yoxdur", - deyə Ulyanov bildirib.
Qeyd üdək ki, Zaporojye Atom Elektrik Stansiyası Dnepr çayının sol sahilində, Enerqodar şəhərinin yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır - stansiyada 1 giqavatt gücündə altı enerji bloku var. 2022-ci ilin oktyabrında AES Rusiya Federasiyasının mülkiyyətinə keçib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Kiyev rejimi Zaporojye atom elektrik stansiyasını qəsdən atəşə tutmağa davam etməklə nüvə fəlakəti təhlükəsi görüntüsü yaratmağa çalışır. Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojye AES-in ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.