Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb ölkələri sanksiyalarla Rusiya xalqının birliyinə nail olublar - Lavrov

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçid Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv
 Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Abunə olmaq
Rusiya XİN rəhbəri deyir ki, Rusiya 2023-cü ildə əhəmiyyətli dərəcədə gücləndi və xalq ona qarşı başladılmışı hibrid müharibədə Qərbə qarşı çıxaraq birləşdi.
BAKI, 28 dekabr — Sputnik. Rusiya prezidenti başda olmaqla bütün Rusiya xalqı Ukrayna münaqişəsində qələbəyə doğru hərəkəti təmin edir. Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov "RİA Novosti" agentliyinə və "Rossiya 24" telekanalına müsahibəsində deyib.

"Bizim qələbəmiz təkcə diplomatik xarakter daşımır. Əvvəla, bu, xüsusi hərbi əməliyyat zonasında qazanılmış qələbədir. Amma arxa cəbhə olmasaydı, orada xalqın dəstəyi olmasaydı, nəticələr başqa cür olardı. Bizim bütün qələbəmiz xalq, prezidentin başçılıq etdiyi bütün rəhbərliyimiz irəliyə doğru hərəkəti təmin edir, bu, göz qabağındadır. Demək olar ki, bütün ölkə, cəmiyyətin bütün təbəqələri qələbə üçün çalışıb və qələbə üçün çalışmaqda davam edir"", - Lavrov bildirib.

Rusiya xarici işlər naziri qeyd edib ki, Qərb ölkələri Moskvaya qarşı sanksiyalar və təzyiqlər vasitəsilə yalnız Rusiya xalqının birliyinə nail olublar.
"Sanksiyalar xalqı narahat etməli, etiraz dalğaları yaratmalı idi, ölkənin birliyinə, xalqın birliyinin pozulmasına nail olmalı idi", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Qərbin Rusiyaya qarşı sanksiyalarından danışıb.
"Rusiya 2023-cü ildə əhəmiyyətli dərəcədə gücləndi və xalq ona qarşı başladılmışı hibrid müharibədə Qərbə qarşı çıxaraq birləşdi", - Lavrov bildirib.

"Bütün kollektiv Qərbin Rusiyaya qarşı bütün imkanları və Ukrayna cəmiyyətinin bütün digər komponentləri ilə bizə qarşı açdığı bu hibrid müharibə nəticəsində Rusiya bu il xeyli gücləndi və bizim birliyimiz əhəmiyyətli dərəcədə artıb", - Lavrov deyib.

Nazir vurğulayıb ki, Qərb Rusiya Federasiyası vətəndaşlarının fikir ayrılığına düşməsinə və xüsusi əməliyyata qarşı çıxmasına ümid edirdi, lakin onlar ölkənin birliyinə, xalqın birliyinə nail oldular.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0