Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Aİ-nin Kiyevə yardımı XHƏ-nin gedişatını dəyişməyəcək

© Sputnik / Сергей ГунеевPeskov
Peskov - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Abunə olmaq
Avropa İttifaqı tərəfindən Ukraynaya maliyyə dəstəyi üzv ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir.
BAKI, 28 dekabr — Sputnik. Avropa İttifaqının Ukraynaya yardımın davam etdirilməsi ilə bağlı mümkün qərarı Xüsusi hərbi əməliyyatın gedişinə təsir göstərə bilməyəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Bu pul xüsusi hərbi əməliyyatın gedişatını dəyişdirə bilməyəcək" - "RİA Novosti" Kreml nümayəndəsindən sitat gətirib.
Peskovun sözlərinə görə, Avropa İttifaqı tərəfindən Ukraynaya maliyyə dəstəyi üzv ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir, çünki bu məqsədlər üçün vəsait xüsusi ilə onların sənayesinin zərərinə ayrılır.
Bundan əvvəl mətbuatda Avropa İttifaqının Macarıstan hakimiyyətinin bu məsələ ilə bağlı etirazlarından yan keçmək üçün öz borcunu artırmaq yolu ilə Ukraynaya 20 milyard avroya qədər yardım planı hazırlaması barədə məlumatlar yayılıb.
Xəbər lenti
0