Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əli Əsədov rusiyalı həmkarı ilə telefon danışığı aparıb

© Sputnik / Дмитрий Астахов / Mediabanka keçidƏli Əsədov və Mixail Mişustin, arxiv şəkli
Əli Əsədov və Mixail Mişustin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Abunə olmaq
Bildirilib ki, hökumət başçıları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini nəzərdən keçiriblər.
BAKI, 28 dekabr — Sputnik. Azərbaycan Baş naziri Əli Əsədov Rusiya hökumətinin sədri Mixail Mişustin ilə telefon danışığı aparıb. Bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, hökumət başçıları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini nəzərdən keçiriblər. Sənaye və nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin inkişafına xüsusi diqqət yetirilib.
Mixail Mişustin və Əli Əsədov Müstəqil Dövlətlər Birliyində və digər çoxtərəfli formatlarda birgə işi də müzakirə ediblər.
Xatırladaq ki, noyabrın 30-da Rusiyanın Baş naziri Mixail Mişustin ilə Azərbaycanın Baş naziri Əli Əsədov arasında telefon danışığı olub. Bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, M.Mişustin Əli Əsədovu doğum günü münasibətilə təbrik edib.

"Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığını da müzakirə ediblər", - məlumatda qeyd edilib.

Söhbət zamanı tərəflər MDB məkanında qarşılıqlı əlaqələrin gücləndirilməsindən də danışıblar.
Xəbər lenti
0