https://sputnik.az/20231227/zaxarova-abs-2024-cu-il-erzinde-ukraynadaki-munaqiseni-destekleye-biler-461610123.html
Zaxarova: ABŞ 2024-cü il ərzində Ukraynadakı münaqişəni dəstəkləyə bilər
Zaxarova: ABŞ 2024-cü il ərzində Ukraynadakı münaqişəni dəstəkləyə bilər
Sputnik Azərbaycan
Vaşinqton Ukrayna və onun sakinlərinin taleyi barədə düşünmədən münaqişənin gələn il uzadılması üçün bütün səylərini göstərəcək. 27.12.2023, Sputnik Azərbaycan
2023-12-27T23:00+0400
2023-12-27T23:00+0400
2023-12-27T23:00+0400
mariya zaxarova
rusiya
abş
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/16/460781591_0:0:2966:1668_1920x0_80_0_0_58323b1e62f82612941cfdbf2a2f472e.jpg
BAKI, 27 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın 2024-cü il ərzində Ukraynadakı münaqişəni dəstəkləyəcəyi barədə fikir bildirib. M.Zaxarova bunu "Komsomolskaya Pravda" radiosuna müsahibəsində söyləyib. Zaxarovanın fikrincə, Vaşinqton Ukrayna və onun sakinlərinin taleyi barədə düşünmədən münaqişənin gələn il uzadılması üçün bütün səylərini göstərəcək. O, dəqiqləşdirib ki, bundan ötrü ABŞ "özünün vergi ödəyicilərindən pulları qopara" və ya Kiyev rejimini eskalasiyaya və terror aktları törətməyə sövq edə bilər. "Əlbəttə ki, böyük bir informasiya və sonsuz siyasi şou olacaq, çünki əks halda onlar bu layihənin dağıldığını etiraf etməli olacaqlar. Demokratlar, hazırda seçki dövrünə qədəm qoyanlar üçün bu, ölümə bərabərdir" - diplomat bildirib. Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Vaşinqtonun əlavə yardımı olmadan Rusiyanın münaqişədə Ukraynanı məğlub edəcəyi riskinin yüksək olduğuna inanır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/16/460781591_235:0:2966:2048_1920x0_80_0_0_270ce9c5bbb3ed5f5e63f3c8d3604774.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, abş, ukrayna
mariya zaxarova, abş, ukrayna
Zaxarova: ABŞ 2024-cü il ərzində Ukraynadakı münaqişəni dəstəkləyə bilər
Vaşinqton Ukrayna və onun sakinlərinin taleyi barədə düşünmədən münaqişənin gələn il uzadılması üçün bütün səylərini göstərəcək.
BAKI, 27 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın 2024-cü il ərzində Ukraynadakı münaqişəni dəstəkləyəcəyi barədə fikir bildirib.
M.Zaxarova bunu "Komsomolskaya Pravda" radiosuna müsahibəsində söyləyib.
Zaxarovanın fikrincə, Vaşinqton Ukrayna və onun sakinlərinin taleyi barədə düşünmədən münaqişənin gələn il uzadılması üçün bütün səylərini göstərəcək.
O, dəqiqləşdirib ki, bundan ötrü ABŞ "özünün vergi ödəyicilərindən pulları qopara" və ya Kiyev rejimini eskalasiyaya və terror aktları törətməyə sövq edə bilər.
"Əlbəttə ki, böyük bir informasiya və sonsuz siyasi şou olacaq, çünki əks halda onlar bu layihənin dağıldığını etiraf etməli olacaqlar. Demokratlar, hazırda seçki dövrünə qədəm qoyanlar üçün bu, ölümə bərabərdir" - diplomat bildirib.
Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Vaşinqtonun əlavə yardımı olmadan Rusiyanın münaqişədə Ukraynanı məğlub edəcəyi riskinin yüksək olduğuna inanır.