https://sputnik.az/20231227/turkiyede-qaz-qovsagi-layihesinin-icrasina-gelen-baslana-biler---novak-461610758.html
Türkiyədə qaz qovşağı layihəsinin icrasına gələn il başlana bilər - Novak
Türkiyədə qaz qovşağı layihəsinin icrasına gələn il başlana bilər - Novak
Sputnik Azərbaycan
Rusiya baş nazirinin müavini bildirib ki, tərəfdaşlarla yaxın vaxtlarda qəbul olunacaq müvafiq yol xəritəsini hazırlamaq barədə razılığa gəlinib. 27.12.2023, Sputnik Azərbaycan
2023-12-27T15:12+0400
2023-12-27T15:12+0400
2023-12-27T17:24+0400
aleksandr novak
rusiya
qaz
türkiyə
infrastruktur
avropa komissiyası
avropa komissiyası
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1b/461610590_0:0:3049:1716_1920x0_80_0_0_dab6390c21b33e5d2795a70fc613fc66.jpg
BAKI, 27 dekabr — Sputnik. Türkiyədə qaz qovşağı layihəsinin icrasına 2024-cü ildə başlana bilər, layihənin yol xəritəsi yaxın vaxtlarda qəbul ediləcək. Bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib. "Biz tərəfdaşlarımızla yaxın vaxtlarda qəbul olunacaq müvafiq yol xəritəsini hazırlamaq barədə razılığa gəldik və bu çərçivədə layihənin icrasına başlanılmasını təmin etmək üçün hərəkət edəcəyik. Türkiyəli tərəfdaşlarımız tezliklə Sankt-Peterburqda olacaqlar. Əminəm ki, Türkiyədə elektron platformanın və mərkəzin formalaşmasını təmin etmək faydalı olacaq. Ümid edək ki, gələn il bu layihənin həyata keçirilməsinin başlanğıcı olacaq", - deyə Novak bildirib. Türkiyədə qaz qovşağı layihəsi ilk dəfə ötən ilin oktyabrında müzakirə olunub. Türkiyə qaz qovşağı ilə bağlı təklifə müsbət reaksiya verib və iki ölkə liderləri müvafiq idarələrə müvafiq işlərə başlamaq barədə göstəriş veriblər. Qərb mediası daha çox Rusiya qazının idxalı üçün infrastruktur yaradılmasının heç bir mənası olmadığını yazıb və Avropa Komissiyası xatırladıb ki, Aİ Rusiyadan qaz asılılığını tez bir zamanda azaltmağa çalışır. Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərdən sonra layihə üzrə aktiv danışıqlar dayandırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1b/461610590_318:0:3049:2048_1920x0_80_0_0_e6e18a7f39fac9a7069dc41d0757362f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aleksandr novak, qaz, türkiyə, infrastruktur, avropa komissiyası, avropa komissiyası
aleksandr novak, qaz, türkiyə, infrastruktur, avropa komissiyası, avropa komissiyası
Türkiyədə qaz qovşağı layihəsinin icrasına gələn il başlana bilər - Novak
15:12 27.12.2023 (Yenilənib: 17:24 27.12.2023) Rusiya baş nazirinin müavini bildirib ki, tərəfdaşlarla yaxın vaxtlarda qəbul olunacaq müvafiq yol xəritəsini hazırlamaq barədə razılığa gəlinib.
BAKI, 27 dekabr — Sputnik. Türkiyədə qaz qovşağı layihəsinin icrasına 2024-cü ildə başlana bilər, layihənin yol xəritəsi yaxın vaxtlarda qəbul ediləcək. Bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
"Biz tərəfdaşlarımızla yaxın vaxtlarda qəbul olunacaq müvafiq yol xəritəsini hazırlamaq barədə razılığa gəldik və bu çərçivədə layihənin icrasına başlanılmasını təmin etmək üçün hərəkət edəcəyik. Türkiyəli tərəfdaşlarımız tezliklə Sankt-Peterburqda olacaqlar. Əminəm ki, Türkiyədə elektron platformanın və mərkəzin formalaşmasını təmin etmək faydalı olacaq. Ümid edək ki, gələn il bu layihənin həyata keçirilməsinin başlanğıcı olacaq", - deyə Novak bildirib.
Türkiyədə qaz qovşağı layihəsi ilk dəfə ötən ilin oktyabrında müzakirə olunub.
Türkiyə qaz qovşağı ilə bağlı təklifə müsbət reaksiya verib və iki ölkə liderləri müvafiq idarələrə müvafiq işlərə başlamaq barədə göstəriş veriblər.
Qərb mediası daha çox Rusiya qazının idxalı üçün infrastruktur yaradılmasının heç bir mənası olmadığını yazıb və Avropa Komissiyası xatırladıb ki, Aİ Rusiyadan qaz asılılığını tez bir zamanda azaltmağa çalışır. Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərdən sonra layihə üzrə aktiv danışıqlar dayandırılıb.