Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə Avstriya arasında iqtisadi əlaqələr tamamilə kəsilməyib - Səfir

© Sputnik / Стрингер / Mediabanka keçidRusiyanın Vyanadakı səfiri Dmitri Lyubinski, arxiv şəkli
Rusiyanın Vyanadakı səfiri Dmitri Lyubinski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2023
Abunə olmaq
Diplomat qeyd edib ki, indiki mərhələdə qərblilərin əhval-ruhiyyəsinə əsaslanaraq, demək olar ki, məhdudiyyətlərin aradan qaldırılması barədə düşünmək mənasızdır.
BAKI, 27 dekabr — Sputnik. Sanksiyalara baxmayaraq, Rusiya Federasiyası ilə Avstriyanı birləşdirən iqtisadi tellər hələ də qırılmayıb və tamamilə kəsilmə ehtimalı yoxdur. Bunu Rusiyanın Vyanadakı səfiri Dmitri Lyubinski RİA Novosti-yə müsahibəsində bildirib.
"Rusiya və Avstriyanı birləşdirən iqtisadi tellər hələ də sona qədər qırılmayıb və bu ehtimal azdır. Bizimlə işgüzar əməkdaşlıqdan böyük dividendlər almış həm yerli rəsmilər, həm də işgüzar dairələr bunu yaxşı bilirlər", - Lyubinski deyib.
Eyni zamanda diplomat qeyd edib ki, indiki mərhələdə qərblilərin əhval-ruhiyyəsinə əsaslanaraq, demək olar ki, məhdudiyyətlərin aradan qaldırılması barədə düşünmək mənasızdır.
"Sanksiya spiralı açıq şəkildə davam edəcək, çünki Birləşmiş Ştatlar avropalıların hesabına öz mənfəətlərini əldə edir. Həmişə olduğu kimi. Bu şəraitdə əvvəlki həcmləri bərpa etmək lazımdır. Qarşılıqlı ticarət və işgüzar əlaqələrin dinamikasının artırılması bizim prioritet vəzifəmizdir", - deyə agentliyin həmsöhbəti izah edib.
Xəbər lenti
0