https://sputnik.az/20231227/qerbin-revani-tehlukeli-geosiyasi-oyunlara-suruklemek-cehdlerini-goruruk---zaxarova-461611969.html
Qərbin İrəvanı təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük - Zaxarova
Qərbin İrəvanı təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük - Zaxarova
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğuladıyıb ki, münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, Rusiya Ermənistanın sülh, sabitlik və... 27.12.2023, Sputnik Azərbaycan
2023-12-27T14:51+0400
2023-12-27T14:51+0400
2023-12-27T15:03+0400
mariya zaxarova
rusiya
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
ermənistan
irəvan
ktmt
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458412217_0:0:3072:1728_1920x0_80_0_0_9eb566953617fee43105b9c0f7881f27.jpg
BAKI, 27 dekabr — Sputnik. Qərb erməni xalqının taleyinə tamamilə biganədir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, ötən il bir çox ölkələr və xalqlar, o cümlədən Ermənistan üçün çətin olub. "Biz xarici qüvvələrin İrəvanı daha da təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük. Biz görürük ki, Qərb Ermənistan xalqının taleyinə tamamilə biganədir", - Zaxarova deyir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğuladıyıb ki, münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, Rusiya Ermənistanın sülh, sabitlik və firavanlığına hər cür töhfə verməyə hazırdır. Zaxarova əmin edib ki, bu, həqiqətən də bir sıra səbəblərə görə Moskva üçün son dərəcə vacibdir. Onların arasında ümumi tarix, xalqların, mədəniyyətlərin bir-birinə nüfuz etməsi, regional sabitlik, ümumi çağırışlar, birlikdə həlli daha asan olan məsələlər var. Son aylar ekspertlər Ermənistan-Rusiya münasibətlərinin ardıcıl pisləşməsini qeyd ediblər. Ermənistan KTMT-nin təlimlərində iştirak etmir və bu təşkilatın baş katibinin müavininin kvotasından imtina edib. Bütün bunlar bəzən qarşılıqlı ittihamlarla, diplomatik notlarla müşayiət olunur. Lakin dekabrın 25-26-da Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqa səfər edib, burada Ali Avrasiya İqtisadi İttifaqının iclasında və MDB-nin qeyri-rəsmi sammitində iştirak edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458412217_270:0:3001:2048_1920x0_80_0_0_fac10ea28d669e8eab78ea1ccaca8395.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, ermənistan, irəvan, ktmt
mariya zaxarova, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, ermənistan, irəvan, ktmt
Qərbin İrəvanı təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük - Zaxarova
14:51 27.12.2023 (Yenilənib: 15:03 27.12.2023) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğuladıyıb ki, münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, Rusiya Ermənistanın sülh, sabitlik və firavanlığına hər cür töhfə verməyə hazırdır.
BAKI, 27 dekabr — Sputnik. Qərb erməni xalqının taleyinə tamamilə biganədir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən il bir çox ölkələr və xalqlar, o cümlədən Ermənistan üçün çətin olub.
"Biz xarici qüvvələrin İrəvanı daha da təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük. Biz görürük ki, Qərb Ermənistan xalqının taleyinə tamamilə biganədir", - Zaxarova deyir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğuladıyıb ki, münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, Rusiya Ermənistanın sülh, sabitlik və firavanlığına hər cür töhfə verməyə hazırdır.
Zaxarova əmin edib ki, bu, həqiqətən də bir sıra səbəblərə görə Moskva üçün son dərəcə vacibdir. Onların arasında ümumi tarix, xalqların, mədəniyyətlərin bir-birinə nüfuz etməsi, regional sabitlik, ümumi çağırışlar, birlikdə həlli daha asan olan məsələlər var.
Son aylar ekspertlər Ermənistan-Rusiya münasibətlərinin ardıcıl pisləşməsini qeyd ediblər. Ermənistan KTMT-nin təlimlərində iştirak etmir və bu təşkilatın baş katibinin müavininin kvotasından imtina edib. Bütün bunlar bəzən qarşılıqlı ittihamlarla, diplomatik notlarla müşayiət olunur. Lakin dekabrın 25-26-da Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqa səfər edib, burada Ali Avrasiya İqtisadi İttifaqının iclasında və MDB-nin qeyri-rəsmi sammitində iştirak edib.