Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Aİ-nin pulları Ukraynada korrupsiya səviyyəsinin artmasına səbəb olur

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 27.12.2023
Abunə olmaq
Avropa və ABŞ elitaları Ukraynadakı korrupsiyanın səviyyəsindən və onlara ayrılan vəsaitlərin oğurlanmasından xəbərdardırlar.
BAKI, 27 dekabr — Sputnik. Avropa İttifaqının (Aİ) pulları quruculuq işlərinə deyil, müharibəyə sərf olunur və yalnız Ukraynada korrupsiyanın səviyyəsinin artmasına gətirib çıxarır.
Bu barədə RİA Novosti Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun söylədiklərinə istinadən xəbər verib.
"Bu pullar quruculuq işləri üçün deyil, müharibə və Kiyev rejimini dəstəkləmək üçün ayrılır ki, bu pulların da hansı səmərəliliklə, hansı məqsədlərə xərcləndiyi məlum deyil" - Rusiya prezidentinin mətbuat katibi qeyd edib.
Diplomat həmçinin vurğulayıb ki, Avropa və ABŞ elitaları Ukraynadakı korrupsiyanın səviyyəsindən və onlara ayrılan vəsaitlərin oğurlanmasından xəbərdardırlar.
Bu yaxınlarda Peskov Aİ-də Ukraynaya yardım məsələsində ciddi ziddiyyətlərin yarandığını söyləyib.
"Əlbəttə, biz başa düşürük ki, Avropa İttifaqı bu pulun ayrılmasının davam etdirilməsi məsələsində öz daxilində kifayət qədər ciddi ziddiyyətlər yaşayır" - Kremlin nümayəndəsi bildirib.
Xəbər lenti
0