https://sputnik.az/20231226/rusiya-olkeden-patron-ve-gilizlerin-ixracina-qadaganin-muddetini-uzadib-461576631.html
Rusiya ölkədən patron və gilizlərin ixracına qadağanın müddətini uzadıb
Rusiya ölkədən patron və gilizlərin ixracına qadağanın müddətini uzadıb
Sputnik Azərbaycan
Rusiya Federasiyasından patron və gilizlərin ixracına qoyulan qadağanın müddəti 2025-ci ilin 31 dekabr tarixinə qədər uzadılıb. 26.12.2023, Sputnik Azərbaycan
2023-12-26T12:33+0400
2023-12-26T12:33+0400
2023-12-26T14:16+0400
rusiya
patron
https://cdnn1.img.sputnik.az/img/42402/61/424026120_0:160:3073:1888_1920x0_80_0_0_d2d133bfc7ce4181f6c91903e973ef41.jpg
BAKI, 26 dekabr - Sputnik. Rusiya hökuməti ölkədən patron və gilizlərin ixracına qadağanın müddətini uzadıb.Bu barədə Rusiya Nazirlər Kabinetinin “Telegram” kanalında məlumat verilib.Nazirlər Kabinetinin qərarına əsasən, Rusiya Federasiyasından patron və gilizlərin ixracına qoyulan qadağanın müddəti 2025-ci ilin 31 dekabr tarixinə qədər uzadılıb.Qeyd olunub ki, qəbul edilən qərar dövlət maraqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır.Hökumətin qərarında qeyd edilib ki, bu tədbir, xüsusən, xidməti istifadə üçün nəzərdə tutulan mallara və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə patron və patronların ixracı zamanı tətbiq edilmir.Bu qadağa 2023-cü ilin mayında prezidentin “Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək üçün xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərmanının icrası çərçivəsində tətbiq edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42402/61/424026120_170:0:2901:2048_1920x0_80_0_0_c740d575a149632c315c97465685e893.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
patron
Rusiya ölkədən patron və gilizlərin ixracına qadağanın müddətini uzadıb
12:33 26.12.2023 (Yenilənib: 14:16 26.12.2023) Rusiya Federasiyasından patron və gilizlərin ixracına qoyulan qadağanın müddəti 2025-ci ilin 31 dekabr tarixinə qədər uzadılıb.
BAKI, 26 dekabr - Sputnik. Rusiya hökuməti ölkədən patron və gilizlərin ixracına qadağanın müddətini uzadıb.
Bu barədə Rusiya Nazirlər Kabinetinin “Telegram” kanalında məlumat verilib.
Nazirlər Kabinetinin qərarına əsasən, Rusiya Federasiyasından patron və gilizlərin ixracına qoyulan qadağanın müddəti 2025-ci ilin 31 dekabr tarixinə qədər uzadılıb.
Qeyd olunub ki, qəbul edilən qərar dövlət maraqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır.
Hökumətin qərarında qeyd edilib ki, bu tədbir, xüsusən, xidməti istifadə üçün nəzərdə tutulan mallara və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə patron və patronların ixracı zamanı tətbiq edilmir.
Bu qadağa 2023-cü ilin mayında prezidentin “Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək üçün xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərmanının icrası çərçivəsində tətbiq edilib.