Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Yeni il tətili qiymətinə görə Kubaya bərabərdir – RSSİ

© AFP 2024 / YASIN AKGULİstanbula mənzərə, arxiv şəkli
İstanbula mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Abunə olmaq
Rusiyanın birbaşa hava əlaqəsi olmayan ölkələrlə, o cümlədən Avropa ölkələri ilə turist axını tədricən bərpa olunur.
BAKI, 25 dekabr — Sputnik. Rusiyalılar üçün TürkiyəKubada Yeni il tətilinin orta qiyməti bir həftə ərzində iki nəfər üçün 180 min rubldan (1956 dollar) bir qədər çoxdur, premium və lüks otellər isə 25-30% bahadır.
Bu barədə Rusiya Səyahət Sənayesi İttifaqının (RSSİ) mətbuat xidməti "Qaynar turlar mağazası" turizm agentlikləri şəbəkəsinin məlumatlarına istinadən məlumat yayıb.

"Türkiyə ən bahalı ölkədir, orada bir həftəlik tətil Kubadan bir qədər ucuzdur: Türkiyə - 181 min rubl, Kuba - 186 min rubl. Bunlar standart yerləşmə üçün orta bazar qiymətləridir. Premium və lüks otellər 25-30% bahalıdır", - məlumatda bildirilir.

Misir bir həftə ərzində iki nəfər üçün ən aşağı orta hesab təklif edir - 114 min rubl. Tailandda tətil 179 min rubl (1946 dollar), BƏƏ-də 150 min rubl (1630 dollar) təşkil edir.
RSSİ-nin məlumatına görə, Yeni il tətilləri üçün ən populyar xarici istiqamətlər BƏƏ, Tailand, Türkiyə, Misir və Şri-Lanka olub.
Kolombo
Kolombo - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Kolombo

"Biz Yeni il satışlarının həm aviabiletər, həm də otellərin rezervasiyası üzrə populyar xarici istiqamətlər üzrə artımını qeydə alırıq. Şirkətimiz üzrə, xüsusən də işgüzar səfərlər və işgüzar tədbirlərin daxil olduğu biznes-səyahətçilərin sayında, xeyli artım var. Yeni il səfərləri üzrə orta artım istiqamətdən asılı olaraq 15-30% təşkil edir. Əksər turoperatorlarda beşliyə BƏƏ, Tailand, Türkiyə, Misir, Şri Lanka daxildir", – deyə RSSİ-nin vitse-prezidenti Dmitri Qorin bildirib.

© Sputnik / Vitaliy An'kov / Mediabanka keçidTayland
Tayland - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Tayland
Onun sözlərinə görə, həmçinin qonşu ölkələrə - Ermənistan, Qazaxıstan, Belarus, Özbəkistan və Azərbaycana səfərlərə tələbat nəzərəçarpacaq dərəcədə artıb. Qorin əlavə edib ki, Rusiyanın birbaşa hava əlaqəsi olmayan ölkələrlə, o cümlədən Avropa ölkələri ilə turist axını tədricən bərpa olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0