https://sputnik.az/20231225/rusiya-xn-den-belqradda-bas-verenlere-munasibet-461548567.html
Rusiya XİN-dən Belqradda baş verənlərə münasibət
Rusiya XİN-dən Belqradda baş verənlərə münasibət
Sputnik Azərbaycan
Serbiya lideri daha əvvəl demişdi ki, müxalifətin etirazları və təxribat xarakterli bəyanatları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət ancaq... 25.12.2023, Sputnik Azərbaycan
2023-12-25T12:11+0400
2023-12-25T12:11+0400
2023-12-25T12:12+0400
rusiya xin
rusiya
mariya zaxarova
serbiya
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/19/461549569_0:160:3072:1888_1920x0_80_0_0_5feb6d154741b8ce503265a9aef2348d.jpg
BAKI, 25 dekabr — Sputnik. Kollektiv Qərbin "Maydan çevrilişləri" üsullarından istifadə edərək Serbiyada vəziyyəti dəyişmək cəhdləri göz qabağındadır. Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. "Ölkə konstitusiyasınıa ciddi riayət etmək, öz ölkəsinin milli maraqlarına səs verən serb xalqının seçiminə hörmət etmək yeganə mümkün reaksiyadır", - deyə diplomat bildirib. Serbiya prezidenti Aleksandar Vuçiç xalqa müraciəti zamanı bildirib ki, qərbyönlü müxalifət tərəfdarlarının Belqrad şəhər administrasiyasının binasına basqın etmək cəhdi xarici amillə bağlıdır və məqsəd ölkənin suverenliyinə zərbə vurmaq olub. Serbiya lideri daha əvvəl demişdi ki, müxalifətin etirazları və təxribat xarakterli bəyanatları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət ancaq seçkilərdə dəyişir. Qeyd edək ki, Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayan "Serbiya zorakılığa qarşı" müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına basqın etməyə çalışıblar. Etirazçıların şəhər administrasiyasının binasına daxil olmaq cəhdinə cavab olaraq Belqrad polisi gözyaşardıcı qazdan istifadə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/19/461549569_171:0:2902:2048_1920x0_80_0_0_e66ccd40379b84859a1c003790eacca4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, mariya zaxarova, serbiya
rusiya xin, mariya zaxarova, serbiya
Rusiya XİN-dən Belqradda baş verənlərə münasibət
12:11 25.12.2023 (Yenilənib: 12:12 25.12.2023) Serbiya lideri daha əvvəl demişdi ki, müxalifətin etirazları və təxribat xarakterli bəyanatları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət ancaq seçkilərdə dəyişir.
BAKI, 25 dekabr — Sputnik. Kollektiv Qərbin "Maydan çevrilişləri" üsullarından istifadə edərək Serbiyada vəziyyəti dəyişmək cəhdləri göz qabağındadır. Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Ölkə konstitusiyasınıa ciddi riayət etmək, öz ölkəsinin milli maraqlarına səs verən serb xalqının seçiminə hörmət etmək yeganə mümkün reaksiyadır", - deyə diplomat bildirib.
Serbiya prezidenti Aleksandar Vuçiç xalqa müraciəti zamanı bildirib ki, qərbyönlü müxalifət tərəfdarlarının Belqrad şəhər administrasiyasının binasına basqın etmək cəhdi xarici amillə bağlıdır və məqsəd ölkənin suverenliyinə zərbə vurmaq olub.
Serbiya lideri daha əvvəl demişdi ki, müxalifətin etirazları və təxribat xarakterli bəyanatları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət ancaq seçkilərdə dəyişir.
Qeyd edək ki, Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayan "Serbiya zorakılığa qarşı" müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına basqın etməyə çalışıblar.
Etirazçıların şəhər administrasiyasının binasına daxil olmaq cəhdinə cavab olaraq Belqrad polisi gözyaşardıcı qazdan istifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.