Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kosaçev: Dünyanın kontinental şelfdə ABŞ-ın yeni sərhədlərini tanımamaq hüququ var

© Sputnik / Пресс-служба Государственной Думы РФ / Mediabanka keçidKonstantin Kosaçov, arxiv şəkli
Konstantin Kosaçov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Abunə olmaq
ABŞ hələ də BMT-nin Dəniz Hüququ Konvensiyasını ratifikasiya etməyib və bu isə müəyyən mənada bütün dəniz gücləri arasında bərabərsizlikdir.
BAKI, 25 dekabr — Sputnik. Amerika Birləşmiş Ştatları kontinental şelfə iddialarını bəyan edərək heç bir beynəlxalq hüquqi əsaslanmadan hərəkət edir, dünya birliyinin yeni sərhədləri tanımamaq hüququ var. Bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov bildirib.
ABŞ səlahiyyətliləri keçən həftə Arktika, Atlantik, Berinq dənizi, Sakit Okean, Meksika körfəzinin iki hissəsində və Mariana adalarında sahildən 200 dəniz mili kənarında başlayan uzadılmış kontinental şelfin rəsmi xəritələrini dərc ediblər.
Dövlət Departamentinin məlumatından aydın olur ki, ABŞ-ın müəyyən etdiyi genişləndirilmiş kontinental şelfinin sərhədləri Rusiya ilə ərazi mübahisələri yaratmır, lakin Kanada və Yaponiya ilə nizamlanma tələb edəcək.

"Nəticədə bu gün amerikalılar heç bir beynəlxalq hüquqi əsas olmadan hərəkət edirlər, bu o deməkdir ki, beynəlxalq ictimaiyyət yeni sərhədləri tanımamaq hüququna malikdir", – Kosaçev Teleqram kanalında yazıb.

© Photo : Mario Tama / Getty ImagesDəniz buzlaqlarının torpaqla qovuşduğu yer
Dəniz buzlaqlarının torpaqla qovuşduğu yer - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Dəniz buzlaqlarının torpaqla qovuşduğu yer
O qeyd edib ki, ABŞ hələ də BMT-nin Dəniz Hüququ Konvensiyasını ratifikasiya etməyib və bu isə müəyyən mənada bütün dəniz gücləri arasında bərabərsizlikdir. Parlamentari qeyd edib ki, kontinental şelflə bağlı iddialara BMT-nin Kontinental şelfin hüdudları üzrə Komissiyası baxır. Komissiyanın mandatı 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyasına əsaslanır (76-cı maddənin 8-ci bəndi).Rusiya Konvensiyanın məsul tərəfi kimi onun müddəalarına tam əməl edir.
Yeri gəlmişkən, Rusiya sonuncu dəfə 2023-cü ilin fevralında Arktikada şelfinin artırılması ilə bağlı Komissiyanın tövsiyələrindən müsbət nəticələr əldə edib.
Kosaçov həmçinin qeyd edib ki, bu dəfə amerikalılar öz müttəfiqlərinin - Kanada və Yaponiyanın ərazi maraqlarına məhəl qoymayıblar.
"Xatırladıram ki, Obamanın (ABŞ-ın keçmiş prezidenti Barak Obama) administrasiyası hələ 2012-ci ildə 1982-ci il Konvensiyasını ratifikasiya etmək üçün əbəs cəhdlər etmişdi. Bu ideya ABŞ Senatında respublikaçılar tərəfindən basdırılmışdı. Onlar deyirlər ki, Konvensiya ABŞ-ın milli suverenliyini pozur. Bu hadisədən sonra Senat beynəlxalq müqavilələr qəbiristanlığı" adlandırılmağa başlanıb", - deyə Kosaçev bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0