Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Valentina Matviyenko İlham Əliyevə: “Sizi müdrik siyasi xadim kimi qiymətləndirirəm”

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Valentina Matviyenko, arxiv
İlham Əliyev və Valentina Matviyenko, arxiv - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Abunə olmaq
Qurum rəhbəri qeyd edib ki, Federasiya Şurasında Rusiya ilə Azərbaycan arasında yaranmış müttəfiqlik münasibətlərini yüksək qiymətləndirirlər.
BAKI, 22 dekabr — Sputnik. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
V.Matviyenko təbrikdə qeyd edib ki, vətənə sevgi, ən yüksək peşəkarlıq, zəhmətsevərlik, siyasi uzaqgörənlik, qərarların qəbul edilməsində qətiyyət Sizə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına, Azərbaycan Respublikasının hərtərəfli inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə imkan verir.

"Özünün zəngin mədəni irsini qoruyub saxlayan ölkə Sizin rəhbərliyinizlə böyük uğurlar, iqtisadiyyatın möhkəmləndirilməsi və insanların rifah halının yüksəldilməsi, beynəlxalq arenada nüfuzunun artırılması yolu ilə irəliləyir. Sizi öz Vətəninin maraqlarını ardıcıl surətdə müdafiə edən müdrik siyasi xadim kimi qiymətləndirirəm. Qarşılıqlı maraq doğuran bir çox mühüm məsələləri müzakirə etdiyimiz və onların həlli üzrə ortaq yanaşmalar tapdığımız görüşlərimizi böyük səmimiyyətlə xatırlayıram".

O vurğulayıb ki, Federasiya Şurasında Rusiya ilə Azərbaycan arasında yaranmış müttəfiqlik münasibətlərini yüksək qiymətləndirirlər.
"Dövlətlərarası qarşılıqlı fəaliyyətin mühüm tərkib hissələrindən biri olan Rusiya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişafına Sizin şəxsi töhfənizi qeyd etmək istəyirəm. Gələcəkdə də Sizin müasir dövrün çağırışlarına cavabların axtarılmasında səylərin gücləndirilməsi üzrə qanunvericilərin birgə fəaliyyətinə dəstəyinizə güvənirik. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0