Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ryabkov: Vaşinqtonla münasibətlərin tamamilə kəsilməsi Moskva üçün sürpriz olmayacaq

© Sputnik / Пресс-служба Госдумы РФ / Mediabanka keçid Sergey Ryabkov, arxiv
 Sergey Ryabkov, arxiv - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Abunə olmaq
Nazir müavini Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin "sıfıra yaxın" səviyyədə olduğunu vurğulayıb və ABŞ-ın daha da irəli gedəcəyini istisna etmir.
BAKI, 22 dekabr — Sputnik. ABŞ hələ də Rusiya ilə münasibətləri tamamilə pozmaqdan ehtiyatlanır, lakin Moskva Vaşinqtonun belə bir addım atacağını istisna etmir. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov dekabrın 22-də "İnterfaks"a müsahibəsində deyib.

"Rusiya-ABŞ münasibətləri həqiqətən də koma vəziyyətinə düşüb və bu, Vaşinqtonun günahı ucbatından baş verib. ABŞ Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün səhv və təhlükəli yanaşmanı nəinki formalaşdırdı, hətta doktrinal və konseptual cəhətdən möhkəmləndirdi", - Ryabkov qeyd edib.

Nazir müavini Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin "sıfıra yaxın" səviyyədə olduğunu vurğulayıb, ABŞ-ın daha da irəli gedəcəyini istisna etmir.
"İstisna edə bilmərəm ki, gələcəkdə nə vaxtsa dünyada baş verənlərin, xüsusən də Rusiya və Ukrayna arasında baş verənləri doğru qiymətləndirməsələr, Vaşinqtonun bundan irəli getməyəcəyini istisna edə bilmərəm", - nazir müavini bildirib.
Ryabkovun sözlərinə görə, Vaşinqtonla münasibətlərin tamamilə kəsilməsi Moskva üçün sürpriz olmayacaq.

"Yəni, bu, əslində Moskva və Vaşinqtonda müvafiq olaraq diplomatik mövcudluq səviyyəsinin rəsmi şəkildə azalmasına və ya hətta tam dayanmasına gətirib çıxaracaq. Bu, bizim üçün sürpriz olmayacaq", - Ryabkov qeyd edib.

O əlavə edib ki, amerikalılar hər şeyi kökündən məhv etməkdən ehtiyatlansalar da, nəzəri cəhətdən qarşılıqlı hörmət və bir-birlərinin maraqlarının nəzərə alınması əsasında vicdanlı razılığa gəlməyə hazır deyillər".

"Rusiya-ABŞ dialoqunda mövcud qeyri-müəyyən tarazlıq və Vaşinqtonun, xüsusən də hazırda orada hakimiyyətdə olan administrasiyanın ehtiyatsızlığı ucbatından hər an pozula bilər", - deyə Ryabkov fikirlərini yekunlaşdırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb hələ də qarşısına "Rusiyanı bitirmək" vəzifəsi qoyur və silahı yerə qoymaq niyyətində deyil. Lavrov qeyd edib ki, Birləşmiş Ştatlar və Böyük Britaniya "xaricdə oturmaq" istəsələr, Rusiya ilə münasibətlərdə keçilməz sərhədləri bilməlidirlər. O əlavə edib ki, Ukraynaya verilən ölümcül silahların keyfiyyətcə artması təsirsiz ötüşmür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0