https://sputnik.az/20231222/rusiya-pomidor-idxali-ucun-rusumu-legv-edir---azerbaycandan-bu-olkeye-ixrac-artacaqmi-461468190.html
Rusiya pomidor idxalı üçün rüsumu ləğv edir - Azərbaycandan bu ölkəyə ixrac artacaqmı?
Rusiya pomidor idxalı üçün rüsumu ləğv edir - Azərbaycandan bu ölkəyə ixrac artacaqmı?
Sputnik Azərbaycan
Cari ilin 10 ayında Azərbaycan 113 min ton pomidor ixrac edib ki, bunun da 97,8 faizi Rusiyanın payına düşüb. İqtisadçıların fikrincə, sahibkarlarımız rüsumun... 22.12.2023, Sputnik Azərbaycan
2023-12-22T09:30+0400
2023-12-22T09:30+0400
2023-12-22T09:30+0400
pomidor
rusiya
kənd təsərrüfatı
kənd təsərrüfatı nazirliyi
ixrac
rüsum
gömrük rüsumu
idxal rüsumları
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426077550_0:304:3072:2032_1920x0_80_0_0_2eab3072118574d4b6cbcebc219b2535.jpg
BAKI, 22 dekabr — Sputnik. Rusiya hökuməti 2024-cü ilin birinci yarısında ölkəyə 130 min ton pomidor idxalına tarif güzəştinin tətbiqini təsdiqləyib. Bu addım daxili bazarda pomidor çatışmazlığı riskini aradan qaldırmaq məqsədi daşıyır. Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, söhbət bu kvota çərçivəsində pomidor idxalına rüsumun sıfırlanmasından gedir. Bəs, bu addım Azərbaycandan Rusiyaya pomidor ixracını artıra bilərmi? Bunun üçün Azərbaycan sahibkarlarının istehsal potensialı varmı? Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan sahibkarları bu fürsətdən istifadə etməlidir: "Sahibkarlarımızın istehsal potensialı var və bu addımdan yararlanacaqlar. Pomidoru Rusiyaya ixrac etmək üçün müəyyən prosedur var. Rusiyaya pomidor ixrac etməzdən əvvəl sahibkar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) fitosanitar sertifikat almalıdır. Ondan sonra həmin sahibkar Rusiyaya məhsul ixrac edə bilər". "Sahibkarlarımızın qısa müddət içərisində istehsalı artırıb Rusiyaya pomidor ixrac etməsi mümkündür",-deyə o əlavə edib. "Ölkəmizdə əsasən istixanalarda istehsal edilən məhsullar Rusiyaya göndərilir" İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə əsasən istixanalarda istehsal edilən məhsullar Rusiyaya göndərilir. Rüsumun ləğv edilməsi ilə Azərbaycandan Rusiyaya pomidor ixracı daha da arta bilər. Ekspert əlavə edib ki, Azərbaycandan Rusiyaya pomidor ixracı daxili bazarımızda bu məhsulun qiymətinə ciddi təsir göstərməyəcək. 10 ayda Azərbaycanın pomidor ixracının 97,8 faizi Rusiyanın payına düşüb Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 126 milyon dollar dəyərində 113 min ton pomidor ixrac edib. Miqdar baxımından Azərbaycanın pomidor ixracının 97,8 faizi Rusiyanın payına düşüb. Onu da qeyd edək ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Rusiyaya ixrac üçün yalnız Rusiyanın müvafiq qurumu tərəfindən icazə verilmiş müəssisələrin məhsullarına laborator müayinələrdən sonra fitosanitar sertifikatlar verir. Digər müəssisələrin Rusiyaya məhsul ixracı ilə bağlı icazələr Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") verdiyi qərar əsasında mümkündür. Beynəlxalq ticarət qaydalarına, həmçinin idxalçı ölkənin idxal tələblərinə əsasən yalnız zərərvericilərdən azad təsərrüfatlardan məhsulun ixracı mümkündür. Yalnız beynəlxalq standartlara uyğun məhsul istehsal edən, həmçinin zərərvericilərə qarşı lazımi səviyyədə tədbirlər həyata keçirən təsərrüfatlarda istehsal olunmuş məhsullar ixrac oluna bilər. Rusiyada tərəvəz istehsalının artırılması planlaşdırılır Əlavə edək ki, Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Andrey Razinin verdiyi məlumata görə, keçən il Rusiyada istixana tərəvəzlərinin istehsalı 8 faiz artaraq 1,6 milyon tonu ötüb. 2030-cu ilə qədər açıq üsulla yetişdirilən tərəvəzlərin istehsalını ən azı 10 faiz, istixana tərəvəzlərinin istehsalını isə təxminən 15 faiz artırmağı planlaşdırırıq. "Hazırda ümumi sahəsi 400 hektardan çox olan 45 istixana kompleksi tikilir. Bu addım istehsalı 190 min ton artırmağa imkan verəcək", - deyə o bildirib. Ötən il Azərbaycanın pomidor ixracının 97,3 faizi Rusiyanın payına düşüb Onu da xatırladaq ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatlarına görə, keçən il Azərbaycanda pomidor istehsalı 2021-ci ilə nisbətən 2,4 faiz artaraq 826,5 min ton olub. Ötən il Azərbaycandan pomidor ixracının 97,3 faizi Rusiya bazarının payına düşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426077550_203:0:2934:2048_1920x0_80_0_0_1c9ce068aa358b855c59706190d02353.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pomidor, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi, ixrac, rüsum, gömrük rüsumu, idxal rüsumları
pomidor, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi, ixrac, rüsum, gömrük rüsumu, idxal rüsumları
Rusiya pomidor idxalı üçün rüsumu ləğv edir - Azərbaycandan bu ölkəyə ixrac artacaqmı?
Cari ilin 10 ayında Azərbaycan 113 min ton pomidor ixrac edib ki, bunun da 97,8 faizi Rusiyanın payına düşüb. İqtisadçıların fikrincə, sahibkarlarımız rüsumun ləğvindən yararlanmalıdırlar.
BAKI, 22 dekabr — Sputnik. Rusiya hökuməti 2024-cü ilin birinci yarısında ölkəyə 130 min ton pomidor idxalına tarif güzəştinin tətbiqini təsdiqləyib. Bu addım daxili bazarda pomidor çatışmazlığı riskini aradan qaldırmaq məqsədi daşıyır.
Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, söhbət bu kvota çərçivəsində pomidor idxalına rüsumun sıfırlanmasından gedir.
Bəs, bu addım Azərbaycandan Rusiyaya pomidor ixracını artıra bilərmi? Bunun üçün Azərbaycan sahibkarlarının istehsal potensialı varmı?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan sahibkarları bu fürsətdən istifadə etməlidir: "Sahibkarlarımızın istehsal potensialı var və bu addımdan yararlanacaqlar. Pomidoru Rusiyaya ixrac etmək üçün müəyyən prosedur var. Rusiyaya pomidor ixrac etməzdən əvvəl sahibkar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) fitosanitar sertifikat almalıdır. Ondan sonra həmin sahibkar Rusiyaya məhsul ixrac edə bilər".
"Sahibkarlarımızın qısa müddət içərisində istehsalı artırıb Rusiyaya pomidor ixrac etməsi mümkündür",-deyə o əlavə edib.
"Ölkəmizdə əsasən istixanalarda istehsal edilən məhsullar Rusiyaya göndərilir"
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə əsasən istixanalarda istehsal edilən məhsullar Rusiyaya göndərilir. Rüsumun ləğv edilməsi ilə Azərbaycandan Rusiyaya pomidor ixracı daha da arta bilər.
Ekspert əlavə edib ki, Azərbaycandan Rusiyaya pomidor ixracı daxili bazarımızda bu məhsulun qiymətinə ciddi təsir göstərməyəcək.
10 ayda Azərbaycanın pomidor ixracının 97,8 faizi Rusiyanın payına düşüb
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 126 milyon dollar dəyərində 113 min ton pomidor ixrac edib. Miqdar baxımından Azərbaycanın pomidor ixracının 97,8 faizi Rusiyanın payına düşüb.
Onu da qeyd edək ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Rusiyaya ixrac üçün yalnız Rusiyanın müvafiq qurumu tərəfindən icazə verilmiş müəssisələrin məhsullarına laborator müayinələrdən sonra fitosanitar sertifikatlar verir. Digər müəssisələrin Rusiyaya məhsul ixracı ilə bağlı icazələr Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") verdiyi qərar əsasında mümkündür.
Beynəlxalq ticarət qaydalarına, həmçinin idxalçı ölkənin idxal tələblərinə əsasən yalnız zərərvericilərdən azad təsərrüfatlardan məhsulun ixracı mümkündür. Yalnız beynəlxalq standartlara uyğun məhsul istehsal edən, həmçinin zərərvericilərə qarşı lazımi səviyyədə tədbirlər həyata keçirən təsərrüfatlarda istehsal olunmuş məhsullar ixrac oluna bilər.
Rusiyada tərəvəz istehsalının artırılması planlaşdırılır
Əlavə edək ki, Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Andrey Razinin verdiyi məlumata görə, keçən il Rusiyada istixana tərəvəzlərinin istehsalı 8 faiz artaraq 1,6 milyon tonu ötüb. 2030-cu ilə qədər açıq üsulla yetişdirilən tərəvəzlərin istehsalını ən azı 10 faiz, istixana tərəvəzlərinin istehsalını isə təxminən 15 faiz artırmağı planlaşdırırıq.
"Hazırda ümumi sahəsi 400 hektardan çox olan 45 istixana kompleksi tikilir. Bu addım istehsalı 190 min ton artırmağa imkan verəcək", - deyə o bildirib.
Ötən il Azərbaycanın pomidor ixracının 97,3 faizi Rusiyanın payına düşüb
Onu da xatırladaq ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatlarına görə, keçən il Azərbaycanda pomidor istehsalı 2021-ci ilə nisbətən 2,4 faiz artaraq 826,5 min ton olub. Ötən il Azərbaycandan pomidor ixracının 97,3 faizi Rusiya bazarının payına düşüb.