Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Lavrov: Rusiyanın Ukrayna mədəni irsini məhv etməsinə dair heç bir fakt yoxdur

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Abunə olmaq
XİN rəhbəri bildirib ki, xüsusi hərbi əməliyyat başlayandan sonra kollektiv Qərb YUNESKO-nu daha da siyasiləşdirmək, onun gündəmini Ukraynaya çevirmək səylərini artırmağa başladı.
BAKI, 22 dekabr — Sputnik. Rusiyanın guya Ukraynanın mədəni irsini məhv etdiyinə dair heç bir fakt yoxdur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov UNESCO üzrə Rusiya Komissiyasının ümumi iclasında deyib.
"Ukrayna mədəni irsinin dağıdılmasına görə Rusiyaya böhtan atmaq cəhdləri var. Bununla bağlı heç kim heç bir fakt təqdim edə bilmir, çünki onlar sadəcə mövcud deyil", - o deyib.

"Necə ki, YUNESKO-nun təqsirkar göstərməyə haqqı yoxdur, yeri gəlmişkən, bunu YUNESKO katibliyinin əməkdaşlarının özləri də şəxsi söhbətlərdə etiraf edirlər", - nazir qeyd edib.

Lavrov Qərbin YUNESKO-nun fəaliyyətini siyasiləşdirmək cəhdlərini qeyd edib.
"Ötən il YUNESKO üçün asan olmadı. Bilirsiniz ki, xüsusi hərbi əməliyyat başlayandan sonra kollektiv Qərb YUNESKO-nu daha da siyasiləşdirmək, onun gündəmini Ukraynaya çevirmək səylərini artırmağa başladı. Bədnam ikili standartlar mütəmadi olaraq özünü büruzə verir. Qərbin irəli sürdüyü anti-Rusiya qərarları YUNESKO-nun mandatından kənara çıxır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0