Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

© Sputnik / Irade JELILBakıda vəziyyət
Bakıda vəziyyət - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Abunə olmaq
Bu səbəbdən, sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
BAKI, 22 dekabr — Sputnik. Bakının Yasamal rayonu Həsən Məcidov küçəsi (Hüseyn Cavid prospektindən Zeynal Xəlilov küçəsinədək olan hissə) və Nizami rayonu Elşən Süleymanov küçəsində (Cəmşid Naxçıvanski küçəsindən Bəhruz Nuriyev küçəsinə qədər olan hissə) bu gündən etibarən təmir işlərinə başlanılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, təmir işlərinin 4 gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bu səbəbdən, sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0