https://sputnik.az/20231221/spaniya-oktyabrda-rusiyadan-11-il-erzinde-aldiginin-rekord-hecminde-taxil-alib-461473596.html
İspaniya oktyabrda Rusiyadan 11 il ərzində aldığının rekord həcmində taxıl alıb
İspaniya oktyabrda Rusiyadan 11 il ərzində aldığının rekord həcmində taxıl alıb
Sputnik Azərbaycan
Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, bu il ölkədə taxıl yığımı rekord həddə çata bilər. 21.12.2023, Sputnik Azərbaycan
2023-12-21T20:22+0400
2023-12-21T20:22+0400
2023-12-21T20:22+0400
ispaniya
rusiya
avropa ittifaqı
taxıl
taxıl sahəsi
vladimir putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458546909_0:160:3072:1888_1920x0_80_0_0_14c8c37ec7c8880d1323cdc238b37f13.jpg
BAKI, 21 dekabr — Sputnik. İspaniya oktyabrda Rusiyadan 110 min tondan çox taxıl alıb ki, bu da 11 il ərzində rekord göstəricidir. Bu barədə "RİA Novosti" Avropa statistikası əsasında apardığı hesablamalara istinadən yazıb. Sonuncu maksimum 2012-ci ilin noyabrında qeydə alınıb. O zaman taxıl idxalı 118 min ton təşkil edib. Daha sonrakı böyük tədarüklər bu ilin yanvarında - 46 min ton həcmində baş verib. İspaniya şirkətləri oktyabrda Rusiya Federasiyasından alınan taxıl üçün 23,9 milyon avro ödəyiblər ki, bu da sentyabrdakı məbləğdən 17 dəfə çoxdur. Beləliklə, payızın ikinci ayında Avropa İttifaqına göndərilən Rusiya taxılının 55%-i İspaniya tərəfindən qəbul edilib. Digər Avropa ölkələri daha 91 min tonu bölüşdürüblər: ən çox İtaliya (42 min ton), Yunanıstan (38 min ton) və Latviya (9 min ton). Ümumilikdə, bu ilin on ayında Rusiya taxılının Aİ-yə idxalı 1,5 dəfə artaraq 1,2 milyon tona çatıb. Ən böyük alıcı İtaliyadır (alışlarda 4,5 dəfə artım - 390 min tona qədər), sonrakı yerlərdə Latviya (1,6 dəfə artım - 289 min tona qədər) və Yunanıstan (1,5 dəfə artım - 228 min tona qədər) gəlir. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, bu il ölkədə taxıl yığımı rekord həddə çata bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458546909_171:0:2902:2048_1920x0_80_0_0_650e66fb6b24633399bebf00fbbe3d3e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ispaniya, avropa ittifaqı, taxıl, taxıl sahəsi, vladimir putin, rusiya prezidenti vladimir putin
ispaniya, avropa ittifaqı, taxıl, taxıl sahəsi, vladimir putin, rusiya prezidenti vladimir putin
İspaniya oktyabrda Rusiyadan 11 il ərzində aldığının rekord həcmində taxıl alıb
Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, bu il ölkədə taxıl yığımı rekord həddə çata bilər.
BAKI, 21 dekabr — Sputnik. İspaniya oktyabrda Rusiyadan 110 min tondan çox taxıl alıb ki, bu da 11 il ərzində rekord göstəricidir.
Bu barədə "RİA Novosti" Avropa statistikası əsasında apardığı hesablamalara istinadən yazıb.
Sonuncu maksimum 2012-ci ilin noyabrında qeydə alınıb. O zaman taxıl idxalı 118 min ton təşkil edib.
Daha sonrakı böyük tədarüklər bu ilin yanvarında - 46 min ton həcmində baş verib.
İspaniya şirkətləri oktyabrda Rusiya Federasiyasından alınan taxıl üçün 23,9 milyon avro ödəyiblər ki, bu da sentyabrdakı məbləğdən 17 dəfə çoxdur.
Beləliklə, payızın ikinci ayında Avropa İttifaqına göndərilən Rusiya taxılının 55%-i İspaniya tərəfindən qəbul edilib. Digər Avropa ölkələri daha 91 min tonu bölüşdürüblər: ən çox İtaliya (42 min ton), Yunanıstan (38 min ton) və Latviya (9 min ton).
Ümumilikdə, bu ilin on ayında Rusiya taxılının Aİ-yə idxalı 1,5 dəfə artaraq 1,2 milyon tona çatıb. Ən böyük alıcı İtaliyadır (alışlarda 4,5 dəfə artım - 390 min tona qədər), sonrakı yerlərdə Latviya (1,6 dəfə artım - 289 min tona qədər) və Yunanıstan (1,5 dəfə artım - 228 min tona qədər) gəlir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, bu il ölkədə taxıl yığımı rekord həddə çata bilər.