Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya iqtisadiyyatını çökdürmək mümkün deyil - Makrondan etiraf

© AFP 2024 / STEFANO RELLANDINIMakron
Makron - Sputnik Azərbaycan, 1920, 21.12.2023
Abunə olmaq
Fransa prezidenti bildirib ki, ABŞ və Avropada Ukraynanın gələcəyi ilə bağlı şübhələr var.
BAKI, 21 dekabr — Sputnik. Bəzi Avropa ölkələri və ABŞ-da Ukraynanın gələcəyi ilə bağlı şübhələr var.
Bu etirafı Fransa Prezidenti Emmanuel Makron "France 5" telekanalında nümayiş etdirilən böyük televiziya müsahibəsində səsləndirib.
Fransa liderinin fikrincə, hələ ki, Avropanın "bəxti gətirib". ABŞ administrasiyasında Ukraynanı dəstəkləyən siyasətçilər var. Lakin gələcəkdə "ABŞ-da siyasi vəziyyətlə bağlı qeyri-müəyyənlik" yarana bilər.
Makron əlavə edib ki, "Avropanın sülh şəraitində yaşaması" məsələsi hazırda Ukraynada həll olunur. Eyni zamanda, Fransanın özü Rusiya Federasiyası ilə münaqişəyə girməyib. Lakin Paris Moskvanın böhrandan qalib çıxmasına imkan verə bilməz.
Prezident, həmçinin Avropa və ABŞ-ın əldə etdiyi "uğurları" da qeyd edib. O, neytral İsveç və Finlandiyanın NATO-ya daxil edilməsi prosesini bu uğurlara aid edib.
Bununla belə, uğursuzluqlar da var. Onların arasında Qərbin sanksiyalarının effektiv olmamasını göstərmək olar. Makron etiraf edib ki, Rusiya iqtisadiyyatını çökdürmək mümkün deyil.
"Önümüzdəki aylarda vacib qərarlar qəbul edilməli olacaq" - Fransa lideri bildirib.
Bundan əvvəl rus alimləri Qərb ölkələrinin sanksiya siyasətinin nəticələrini təhlil ediblər. Onlar belə nəticəyə gəliblər ki, Rusiya Federasiyasına sanksiyalar tətbiq edən dövlətlər "böyük ölkənin tələsinə" düşüblər.
Xəbər lenti
0