Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

"Tam fəlakət": ABŞ USQ-nin qalib gələ bilməməsinin üç səbəbini açıqlayıb

© Sputnik / Виктор Антонюк / Mediabanka keçidUkrayna Ordusunun vurulmuş tankı, arxiv şəkli
Ukrayna Ordusunun vurulmuş tankı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.12.2023
Abunə olmaq
MWM: Qərbin köməyi olmadığına görə Ukrayna Silahlı Qüvvələrinin qalib gəlmək şansları getdikcə azalır.
BAKI, 20 dekabr — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin (USQ) Qərbin dəstəyinin azalması səbəbindən hazırkı münaqişədə qalib gəlmək şansı sıfıra yaxınlaşır.
Bu barədə Rusiya mediası "Military Watch Magazine" nəşrinə istinadən xəbər verib.
"Ölkənin elit qabaqcıl bölmələri hərbi əməliyyatlarına mane olan ciddi avadanlıq çatışmazlığı barədə getdikcə daha çox məlumat verirlər", - məqalə müəllifləri yazırlar.
Ekspertlər qeyd ediblər ki, hücumda böyük itkilər fonunda texnologiya çatışmazlığı Ukraynanın perspektivləri ilə bağlı proqnozların "getdikcə kədərli" olmasına gətirib çıxarıb.
Müəlliflər hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin onsuz da çətin vəziyyəti Vaşinqtonun Kiyev rejimini maliyyələşdirməyə marağını itirməsi ilə gərginləşir. Onların fikrincə, dəstəyin azalmasına Qərbdə getdikcə daha çox danışılan Ukraynadakı korrupsiyanın yüksək səviyyəsi də təsir edib.
Ekspertlərin fikrincə, yuxarıda qeyd edilən amillərin hamısı tamamilə fəlakətə - Ukraynada hərbi əməliyyatların dayandırılmasına və dövlət xidmətlərinin iflasına səbəb ola bilər.
Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Mark Kançan hesab edir ki, Qərbin dəstəyinin azalması səbəbindən USQ 2024-cü ilin yazında Rusiya ordusunun hücumunu cilovlamaq imkanını itirəcək.
Bu arada "Bloomberg"in məlumatına görə, Qərb Ukraynanın Kiyevə vəd edilmiş maliyyə və hərbi yardımla belə uğur qazana biləcəyinə şübhə etməyə başlayır.
Xəbər lenti
0