Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Rusiyanın Qəzzadakı münaqişə ilə bağlı mövqeyi ərəb ölkələri ilə üst-üstə düşür

© Sputnik / Павел Бедняков / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 20.12.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov "bütün mübahisəli məsələlərin" həll edilməli olduğu danışıqlar prosesi üçün şərait yaradılmasının vacibliyini bəyan edib.
BAKI, 20 dekabr — Sputnik. Qəzza zolağında münaqişə ilə bağlı Rusiya Federasiyası və ərəb ölkələrinin mövqeləri üst-üstə düşür.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.
"Rusiyanın prinsipial mövqeyi böhranın hamılıqla tanınmış beynəlxalq hüquqi baza əsasında həllinə sadiqliyini təsdiq edən ərəb ölkələrinin xətti ilə üst-üstə düşür", - XİN rəhbəri Rusiya-Ərəb Əməkdaşlıq Forumunun plenar iclasında belə deyib.
O, Fələstin-İsrail münaqişəsi zonasında qan tökülməsini dayandırmaq və ehtiyacı olanlara humanitar yardım üçün şərait yaratmağı prioritet vəzifə adlandırıb. Lavrovun sözlərinə görə, Rusiya Federasiyası və onun ərəb tərəfdaşları Qəzzada vəziyyətin siyasi-diplomatik müstəviyə keçməsi üçün səylər göstərirlər.
Eyni zamanda, nazir vurğulayıb ki, münaqişənin həlli üçün Fələstin dövlətinin yaradılması kimi əsas problemi həll etmək lazımdır. Lavrov "bütün mübahisəli məsələlərin" həll edilməli olduğu danışıqlar prosesi üçün şərait yaradılmasının vacibliyini bəyan edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri İsraillə Fələstin arasında sülhün hələ də uzaqda olduğu fikrini bildirib.
Xəbər lenti
0