Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bulvar ərazisində parklanma yerinin yaradılması işləri dayandırıldı - VİDEO

© SputnikDənizkənarı Bulvar İdarəsinin ərazisində girişə məhdudiyyət yaradan “parklanma” üçün şlaqbaumun
Dənizkənarı Bulvar İdarəsinin ərazisində girişə məhdudiyyət yaradan “parklanma” üçün şlaqbaumun - Sputnik Azərbaycan, 1920, 20.12.2023
Abunə olmaq
Su İdman Sarayının rəsmisi Novruz Novruzov da bildirib ki, ərazidə parklanma yerlərinin yaradılmasına ehtiyac yoxdur.
BAKI, 20 dekabr — Sputnik. Bakıda Dənizkənarı Bulvar ərazisində Su İdman Sarayına girişə şlaqbaumun qoyulması və parklanma yerinin yaradılması üçün aparılan qazıntı işləri dayandırılıb. Bu barədə Sputnik Azərbaycan-a hadisə yerində olan Avtomobil Yollarının Mühafizə Xidmətinin rəsmisi məlumat verib.
Qurumun nümayəndəsi bildirib ki, bu ərazidə girişə şlaqbaumun qoyulması ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Hadisə ilə bağlı Avtomobil Yollarının Mühafizə Xidmətinə məlumat daxil olan kimi əraziyə baxış keçirilib. Sözügedən ərazinin ümumi istifadədə olan yol olduğu nəzərə alınaraq qazıntı işləri dayandırılıb.
@sputnik.azerbaycan Bulvar ərazisində Su İdman Sarayı istiqamətində yola şlaqbaum qoyulması və parklanma yaradılması ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bu məsələyə rəy bildirdi. #baki #bakı #azerbaycan #azərbaycan #kəşfetazərbaycan #azerbaycantiktok #kəşfet #dənizkənarıbulvar #bulvar #denizkenaribulvar #xeber #xəbər ♬ оригинальный звук - Sputnik Azərbaycan
Ərazidə olan sakinlər də yola şlaqbaumun qoyulmasını, parklanma yerinin hazırlanmasını narazılıqla qarşılayıblar. Onlar Sputnik Azərbaycan-a bildiriblər ki, Bayıl və Bibihebət ərazisində yaşayan sakinlər burada avtomobillərini saxlayaraq bulvarda istirahət edirlər. Bunun üçün indiyədək onlardan parklanma pulu tələb edən olmayıb. Dünəndən isə bu ərazidə yola şlaqbaum qoyulması və parklanma yerinin yaradılması üçün qazıntı işlərinə başlanılıb. Sakinlər aidiyyatı qurumlara şikayət etdiklərini söyləyiblər. Bildiriblər ki, hazırda qazıntı işləri dayandırılsa da, yol əvvəlki vəziyyətinə qaytarılmayana qədər narahatdırlar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentiliyindən (AYNA) sözügedən ərazidə parklanma yerləri yaratmadıqlarını bildiriblər. Qeyd ediblər ki, sözügedən ərazidə parklanma yerlərinə təlabat yüksək olmadığından ödənişli parklanma yerləri yaradılmayıb.
Hadisə yerində olan Su İdman Sarayının rəsmisi Novruz Novruzov da bildirib ki, ərazidə parklanma yerlərinin yaradılmasına ehtiyac yoxdur:

"Su İdman Sarayı ərazisində hazırda 1000 "parkovka" yeri müştərilərimiz üçün təmənnasızdır. Bu ərazidə qoyulacaq "parkovka" o deməkdir ki, Su İdman Sarayına gələn hər bir şəxs ödəniş etməlidir. Biz heç bir müştəridən "parkovka" üçün ödəniş tələb etmirik".

Dənizkənarı Bulvar idarəsindən isə Sputnik Azərbaycan-a bildirilib ki, ərazi onlara aiddir, eyni zamanda onun sanitar mühafizə zonasına daxildir.
"Dənizkənarı Milli Park haqqında əsasnaməyə əsasən Dənizkənarı Bulvar İdarəsinin Milli Parkın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək, habelə ərazidə xüsusi mühafizə rejimini təmin etmək üzrə müstəsna səlahiyyətləri var. Nəzərə alaq ki, Xüsusi mühafizə olunan təbiət əraziləri, qoruqları, Milli Parklarda xüsusi mühafizə rejiminin müəyyənləşdirilməsi qanunvericiliklə yol verilən haldır. O ərazidən keçib evlərinə gəlincə, sakinlər üçün heç bir problem yaranmayacaq. Biz çox təəssüf edirik ki, şəhid ailələri, qazilər kimi mənəvi dəyərlərimizi aidiyyatı olmadığı halda bu məsələyə qarışdırırlar. Bu, çox acınacaqlı haldır. Dənizkənarı Bulvar İdarəsi bu kateqoriyadan olan hər kəsə həmişə xüsusi həssaslıqla yanaşıb".
Qeyd edək ki, dünəndən etibarən Dənizkənakı Bulvar ərazisində, Su İdman Sarayına girişə şlaqbaum və parklanma üçün aparılan qazıntı ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Xəbər lenti
0