Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Qərbin İrana qarşı sanksiya siyasətindən əl çəkməsini gözləyir - Nebenzya

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidRusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya
Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya - Sputnik Azərbaycan, 1920, 19.12.2023
Abunə olmaq
BMT Təhlükəsizlik Şurasındakı Qərb nümayəndələri mütəmadi olaraq İranı Ruisyaya Ukraynada istifadə üçün pilotsuz təyyarələr verməkdə ittiham edirlər.
BAKI, 19 dekabr — Sputnik. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Rusiya Qərb ölkələrinin İrana qarşı birtərəfli məhdudiyyətlər siyasətindən tez bir zamanda əl çəkməsini gözləyir.

"İstənilən digər ssenarilər JCPOA-nın (İranın vüə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı - red.) perspektivlərini şübhə altına alır və İranın nüvə proqramı ətrafında eskalasiyaya və Yaxın Şərqdəki onsuz da gərgin vəziyyət üçün fəlakətli nəticələrə gətirib çıxarır", - Nebenzya bildirib.

Onun sözlərinə görə, İranın JCPOA-nın icrasına qayıtması yalnız planın Qərb iştirakçılarının sinxron hərəkəti ilə reallaşa bilər.
Rusiya Federasiyasının daimi nümayəndəsi həmçinin qeyd edib ki, İran və Rusiya arasında 2231 saylı qətnamənin (JCPOA-nın yaradılması haqqında) müddəalarını pozacaq hər hansı təchizat olmayıb və ola da bilməz.
BMT Təhlükəsizlik Şurasındakı Qərb nümayəndələri mütəmadi olaraq İranı Ruisyaya Ukraynada istifadə üçün pilotsuz təyyarələr verməkdə ittiham edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0