https://sputnik.az/20231218/rusiya-ve-cin-emekdasliginin-derinlesmesine-umid-edirik---cin-xarici-sler-nazirliyi-461383991.html
Rusiya və Çin əməkdaşlığının dərinləşməsinə ümid edirik - Çin Xarici İşlər Nazirliyi
Rusiya və Çin əməkdaşlığının dərinləşməsinə ümid edirik - Çin Xarici İşlər Nazirliyi
Sputnik Azərbaycan
Rusiya hökumətinin başçısı Çin Xalq Respublikasının sədri Si Cinpin və Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Tsyan ilə görüşəcək. 18.12.2023, Sputnik Azərbaycan
2023-12-18T22:23+0400
2023-12-18T22:23+0400
2023-12-18T22:23+0400
rusiya
mixail mişustin
çin
çin xalq respublikasının sədri si tszinpin
putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/41097/96/410979685_0:0:3527:1984_1920x0_80_0_0_8a46928feb51afef1ee8698a9669c8d0.jpg
BAKI, 18 dekabr — Sputnik. Çin tərəfi Rusiyanın baş naziri Mixail Mişustinin gözlənilən səfəri ilə Çin və Rusiya Federasiyası arasında əməkdaşlığı dərinləşdirməyə ümid edir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib. Mişustin dekabrın 19-20-də Çinə işgüzar səfər edəcək. Rusiya hökumət başçısı Çin Xalq Respublikasının sədri Si Cinpin və Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Tsyan ilə görüşəcək. "Biz baş nazirlərin bu müntəzəm görüşü vasitəsilə iki tərəf arasında əməkdaşlığın dərinləşməsinə, humanitar və regional əməkdaşlığın genişləndirilməsinə, yeni dövrdə Çin və Rusiya arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın daha da dərinləşməsinə ümid edirik" - Van Venbin bildirib. Diplomat qeyd edib ki, qarşıdakı görüş zamanı tərəflər arasında işgüzar əməkdaşlıq, ikitərəfli əlaqələr, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq. Van Venbin vurğulayıb ki, Çin sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinin strateji rəhbərliyi altında Çin-Rusiya münasibətləri "sağlam və sabit inkişaf"ı qoruyub saxlayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41097/96/410979685_485:0:3173:2016_1920x0_80_0_0_8233422d7b71105530f1732b8aebb899.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mixail mişustin, çin, çin xalq respublikasının sədri si tszinpin, putin, rusiya prezidenti vladimir putin
mixail mişustin, çin, çin xalq respublikasının sədri si tszinpin, putin, rusiya prezidenti vladimir putin
Rusiya və Çin əməkdaşlığının dərinləşməsinə ümid edirik - Çin Xarici İşlər Nazirliyi
Rusiya hökumətinin başçısı Çin Xalq Respublikasının sədri Si Cinpin və Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Tsyan ilə görüşəcək.
BAKI, 18 dekabr — Sputnik. Çin tərəfi Rusiyanın baş naziri Mixail Mişustinin gözlənilən səfəri ilə Çin və Rusiya Federasiyası arasında əməkdaşlığı dərinləşdirməyə ümid edir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.
Mişustin dekabrın 19-20-də Çinə işgüzar səfər edəcək. Rusiya hökumət başçısı Çin Xalq Respublikasının sədri Si Cinpin və Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Tsyan ilə görüşəcək.
"Biz baş nazirlərin bu müntəzəm görüşü vasitəsilə iki tərəf arasında əməkdaşlığın dərinləşməsinə, humanitar və regional əməkdaşlığın genişləndirilməsinə, yeni dövrdə Çin və Rusiya arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın daha da dərinləşməsinə ümid edirik" - Van Venbin bildirib.
Diplomat qeyd edib ki, qarşıdakı görüş zamanı tərəflər arasında işgüzar əməkdaşlıq, ikitərəfli əlaqələr, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Van Venbin vurğulayıb ki, Çin sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinin strateji rəhbərliyi altında Çin-Rusiya münasibətləri "sağlam və sabit inkişaf"ı qoruyub saxlayır.