https://sputnik.az/20231218/rusiya-mdb-de-sedrliyi-dovrunde-rus-diline-xususi-diqqet-yetirecek---putin-461389044.html
Rusiya MDB-də sədrliyi dövründə rus dilinə xüsusi diqqət yetirəcək - Putin
Rusiya MDB-də sədrliyi dövründə rus dilinə xüsusi diqqət yetirəcək - Putin
Sputnik Azərbaycan
Azərbaycanda rus dilində tədris aparılan məktəblərdə təhsil alanların sayı 159 031 nəfərdir. 5 il əvvəl bu rəqəm 90 min idi. Universitetlərin rus bölmələrində... 18.12.2023, Sputnik Azərbaycan
2023-12-18T20:48+0400
2023-12-18T20:48+0400
2023-12-18T20:48+0400
rusiya prezidenti vladimir putin
rusiya
putin
vladimir putin
rus dili
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447999635_0:0:3117:1754_1920x0_80_0_0_fec18aa60d5702e723489a3f6e337084.jpg
BAKI, 18 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Rus Dili Təşkilatının fəaliyyətinin praktiki məsələlərinin həllinin vacibliyini bəyan edib. "Rusiya (MDB-də) sədrliyi dövründə ümumi irsimizin - həm ölkələrimizdə, həm də dünyanın digər yerlərində yüz milyonlarla insanın millətlərarası ünsiyyət dili olmuş rus dilinə xüsusi diqqət yetirəcək", - o, Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasının iştirakçılarına müraciətində bildirib. Putin xatırladıb ki, oktyabrın 13-də Bişkek sammitində Beynəlxalq Rus Dili Təşkilatının yaradılması haqqında Müqavilə imzalanıb. "Qərargahı Soçidə yerləşəcək bu struktur həm MDB daxilində, həm də onun hüdudlarından kənarda qarşılıqlı anlaşma və azad ünsiyyətin açarı kimi rus dilinin qorunmasını və təbliğini təmin etməyə kömək etmək üçün nəzərdə tutulub. İndi praktiki məsələlərin, təşkilatın fəaliyyəti və onun əsas sənədlərinin işlənib hazırlanması, o cümlədən nazirlərin ilk konfransının hazırlanması və keçirilməsi həlli vacibdir" - Rusiya Prezidenti qeyd edib. Rəsmi məlumata görə, Azərbaycanda rus dilində tədris aparılan məktəblərdə təhsil alanların sayı 159 031 nəfərdir. 5 il əvvəl bu rəqəm 90 min idi. Universitetlərin rus bölmələrində 16 min tələbə təhsil alır. Hazırda Azərbaycanda 4 min 432 orta məktəbdən 329-u tamamilə rus bölməsindən ibarətdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447999635_187:0:2918:2048_1920x0_80_0_0_adbc300cc9f772b4cb0526088890f01b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, putin, vladimir putin, rus dili
rusiya prezidenti vladimir putin, putin, vladimir putin, rus dili
Rusiya MDB-də sədrliyi dövründə rus dilinə xüsusi diqqət yetirəcək - Putin
Azərbaycanda rus dilində tədris aparılan məktəblərdə təhsil alanların sayı 159 031 nəfərdir. 5 il əvvəl bu rəqəm 90 min idi. Universitetlərin rus bölmələrində 16 min tələbə təhsil alır.
BAKI, 18 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Rus Dili Təşkilatının fəaliyyətinin praktiki məsələlərinin həllinin vacibliyini bəyan edib.
"Rusiya (MDB-də) sədrliyi dövründə ümumi irsimizin - həm ölkələrimizdə, həm də dünyanın digər yerlərində yüz milyonlarla insanın millətlərarası ünsiyyət dili olmuş rus dilinə xüsusi diqqət yetirəcək", - o, Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasının iştirakçılarına müraciətində bildirib.
Putin xatırladıb ki, oktyabrın 13-də Bişkek sammitində Beynəlxalq Rus Dili Təşkilatının yaradılması haqqında Müqavilə imzalanıb.
"Qərargahı Soçidə yerləşəcək bu struktur həm MDB daxilində, həm də onun hüdudlarından kənarda qarşılıqlı anlaşma və azad ünsiyyətin açarı kimi rus dilinin qorunmasını və təbliğini təmin etməyə kömək etmək üçün nəzərdə tutulub. İndi praktiki məsələlərin, təşkilatın fəaliyyəti və onun əsas sənədlərinin işlənib hazırlanması, o cümlədən nazirlərin ilk konfransının hazırlanması və keçirilməsi həlli vacibdir" - Rusiya Prezidenti qeyd edib.
Rəsmi məlumata görə, Azərbaycanda rus dilində tədris aparılan məktəblərdə təhsil alanların sayı 159 031 nəfərdir. 5 il əvvəl bu rəqəm 90 min idi. Universitetlərin rus bölmələrində 16 min tələbə təhsil alır.
Hazırda Azərbaycanda 4 min 432 orta məktəbdən 329-u tamamilə rus bölməsindən ibarətdir.