https://sputnik.az/20231218/nazir-muavini-bakida-100-e-yaxin-marsrut-avtobusu-teleblere-cavab-vermir-461382458.html
Bakıda 100-ə yaxın marşrut avtobusu tələblərə cavab vermir - Nazir müavinindən etiraf
Bakıda 100-ə yaxın marşrut avtobusu tələblərə cavab vermir - Nazir müavinindən etiraf
Sputnik Azərbaycan
Nazir müavini qeyd edib ki, ötən il ərzində ən uğurlu layihələrdən biri parkinq sahəsində görülən işlər olub. 18.12.2023, Sputnik Azərbaycan
2023-12-18T11:31+0400
2023-12-18T11:31+0400
2023-12-18T11:47+0400
avtobus
paytaxt xəbərləri
marşrut xətti
marşrut avtobusu
rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42367/11/423671165_0:217:3072:1945_1920x0_80_0_0_2a4d2591ad027e9843eeca9e31a77437.jpg
BAKI, 18 dekabr — Sputnik. Velosiped zolaqlarının təşkili diqqət mərkəzindədir. Velosiped zolaqlarının vahid xəritəsinin təşkilinə başlamışıq. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib. O əlavə edib ki, qısa zamanda bu işlər başa çatdıqdan sonra nəqliyyat axınında keyfiyyət baxımından dəyişiklik müşahidə ediləcək. "Zolaqlar boş qalmamalıdır. Avtobus zolaqları ilə bağlı da işlər görülür. Hazırda Bakıda 21 avtobus zolağı var, 180-ə yaxın marşrut xətti var. Təhlilər onu göstərir ki, bu marşrut xətləri azaldılmalıdır. Amma bu o demək deyil ki, məntəqələrin sayı azaldılmalıdır. Əksinə məntəqələr daha da genişləndirilməlidir", - deyə o əlavə edib. Nazir müavini qeyd edib ki, ötən il ərzində ən uğurlu layihələrdən biri parkinq sahəsində görülən işlər olub. O əlavə edib ki, artıq 17 mindən çox parklanma yeri təşkil olunub və proses başa çatmaq üzrədir: "Biz daim mövcud parklanma yerini təhlil edəcəyik. Piyadaların mobilliyinin təminatı, skuter istifadəçilərinin velosiped yollarından istifadə etməsi üçün daha da rahat şəraitin yaradılması əsas hədəflərdəndir". Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini bildirib ki, ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin yüksək standartlara çatdırılması və avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. "Sərnişindaşıma sahəsində hazırkı vəziyyət sərnişinlərlə yanaşı, bizi də narahat edir. Hazırda paytaxt Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. Bu avtobusların yenilənməsinə ciddi ehtiyac var", - nazir müavini qeyd edib. O vurğulayıb ki, ictimai nəqliyyat hər nə qədər sosial ağırlıqlı bir sahə olsa da, burada iqtisadi maraqlar da qorunmalıdır. "Yollarda elektron tərəzilər qurulub. Avtomobillər yüksək sürətlə keçərkən belə yük maşınlarının çəki və kütləsi müəyyən edilir. Artıq 3 nöqtədə bu işi bitirmişik. Növbəti ildə 31 məntəqə 51 belə elektron tərəzinin tətbiqinin təmin edilməsini hədəfləmişik. Təəssüf ki, yollarda ağır yük maşınları hərəkətdədir. Ağır çəkili nəqliyyat sahibləri avtomatik şəkildə müəyyən olunaraq cəzalanacaq. Qanunda buna görə 600 manat olmaqla sərt maliyyə cəzası var. Son mərhələdə isə qanunu pozan şəxslər sürücülük vəsiqəsindən azad olunacaq", - Rəhman Hümmətov əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42367/11/423671165_341:0:3072:2048_1920x0_80_0_0_8f461b87de58d0fb4cc431a0f6c9e507.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtobus, marşrut xətti, marşrut avtobusu, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
avtobus, marşrut xətti, marşrut avtobusu, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
Bakıda 100-ə yaxın marşrut avtobusu tələblərə cavab vermir - Nazir müavinindən etiraf
11:31 18.12.2023 (Yenilənib: 11:47 18.12.2023) Nazir müavini qeyd edib ki, ötən il ərzində ən uğurlu layihələrdən biri parkinq sahəsində görülən işlər olub.
BAKI, 18 dekabr — Sputnik. Velosiped zolaqlarının təşkili diqqət mərkəzindədir. Velosiped zolaqlarının vahid xəritəsinin təşkilinə başlamışıq.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib. O əlavə edib ki, qısa zamanda bu işlər başa çatdıqdan sonra nəqliyyat axınında keyfiyyət baxımından dəyişiklik müşahidə ediləcək.
"Zolaqlar boş qalmamalıdır. Avtobus zolaqları ilə bağlı da işlər görülür. Hazırda Bakıda 21 avtobus zolağı var, 180-ə yaxın marşrut xətti var. Təhlilər onu göstərir ki, bu marşrut xətləri azaldılmalıdır. Amma bu o demək deyil ki, məntəqələrin sayı azaldılmalıdır. Əksinə məntəqələr daha da genişləndirilməlidir", - deyə o əlavə edib.
Nazir müavini qeyd edib ki, ötən il ərzində ən uğurlu layihələrdən biri parkinq sahəsində görülən işlər olub.
O əlavə edib ki, artıq 17 mindən çox parklanma yeri təşkil olunub və proses başa çatmaq üzrədir: "Biz daim mövcud parklanma yerini təhlil edəcəyik. Piyadaların mobilliyinin təminatı, skuter istifadəçilərinin velosiped yollarından istifadə etməsi üçün daha da rahat şəraitin yaradılması əsas hədəflərdəndir".
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini bildirib ki, ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin yüksək standartlara çatdırılması və avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir.
"Sərnişindaşıma sahəsində hazırkı vəziyyət sərnişinlərlə yanaşı, bizi də narahat edir. Hazırda paytaxt Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. Bu avtobusların yenilənməsinə ciddi ehtiyac var", - nazir müavini qeyd edib.
O vurğulayıb ki, ictimai nəqliyyat hər nə qədər sosial ağırlıqlı bir sahə olsa da, burada iqtisadi maraqlar da qorunmalıdır.
"Yollarda elektron tərəzilər qurulub. Avtomobillər yüksək sürətlə keçərkən belə yük maşınlarının çəki və kütləsi müəyyən edilir. Artıq 3 nöqtədə bu işi bitirmişik. Növbəti ildə 31 məntəqə 51 belə elektron tərəzinin tətbiqinin təmin edilməsini hədəfləmişik. Təəssüf ki, yollarda ağır yük maşınları hərəkətdədir. Ağır çəkili nəqliyyat sahibləri avtomatik şəkildə müəyyən olunaraq cəzalanacaq. Qanunda buna görə 600 manat olmaqla sərt maliyyə cəzası var. Son mərhələdə isə qanunu pozan şəxslər sürücülük vəsiqəsindən azad olunacaq", - Rəhman Hümmətov əlavə edib.