https://sputnik.az/20231218/moskvada-mdb-hokumet-bascilari-surasinin-iclasi-kecirilir-461385458.html
Azərbaycan MDB-dəki tərəfdaşları ilə sıx əməkdaşlıq edir - Əli Əsədov
Azərbaycan MDB-dəki tərəfdaşları ilə sıx əməkdaşlıq edir - Əli Əsədov
Sputnik Azərbaycan
Azərbaycanın Baş naziri Əli Əsədov Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında çıxış edib. 18.12.2023, Sputnik Azərbaycan
2023-12-18T14:50+0400
2023-12-18T14:50+0400
2023-12-18T14:50+0400
moskva
rusiya
mdb
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
qırğızıstan
əli əsədov
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447968071_0:148:3116:1901_1920x0_80_0_0_c7944c2e1b679e500267d33604f349ed.jpg
BAKI, 18 dekabr — Sputnik. Azərbaycan nəqliyyat və logistika dəhlizlərinin imkanlarını genişləndirmək üçün MDB-dəki tərəfdaşları ilə sıx əməkdaşlıq edir. Bunu Azərbaycan Baş Naziri Əli Əsədov deyib.Onun sözlərinə görə, Azərbaycan MDB çərçivəsində iqtisadi əməkdaşlıqda fəal iştirak edir."Ötən il Azərbaycan ilə Birlik ölkələri arasında ticarət dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu ilin 10 ayının yekunlarına əsasən, biz daha 17 faiz artım qeydə almışıq" - o vurğulayıb. Baş nazir əlavə edib ki, Azərbaycan MDB çərçivəsində mədəni-humanitar əməkdaşlığın artırılmasına da böyük töhfə verir:"Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərək bildirib ki, Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sektorunda etibarlı tərəfdaşdır. Onun sözlərinə görə, MDB üzvü olan bir çox dövlət Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə tranzit imkanlarından istifadə edir. Bu iki nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsi üzrə davam edən və perspektivli layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin gücləndirilməsinə və ticarət dövriyyəsinin artırılmasına xidmət edəcək". Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov oktyabrda XV Verona Avrasiya İqtisadi Forumu zamanı 2023-cü ilin səkkiz ayında Şərq-Qərb dəhlizi ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaların 20% , Şimal-Cənub marşrutu üzrə 33% artdığını açıqlayıb.12:11Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilirMoskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir. İclasda dekabrın 16-dan Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov da iştirak edir. MDB ölkələr hökumət başçıları şurasının iclası Moskvanın xalq təsərrüfatları nailiyyətləri sərgi mərkəzində keçirilir. Birlik ölkələrinin baş nazirləri iclasdan öncə xalq təsərrüfatı nailiyyətləri sərgi mərkəzində açılan "Rusiya" beynəlxalq sərgi forumu ilə tanışı olublar. Sərgi forumunda Rusiya regionlarının inkişaf yolu, ölkənin istehsal etdiyi yeni texnologiyaları nümayiş olunur. Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında Azərbaycanın Baş naziri Əli Əsədovun çıxışı da nəzərdə tutulub. İclas çərçivəsində MDB daxilində əlaqələrin inkişafı, humanitar məsələlər, ötən ilin yekunu və gələcək planların müzakirəsi planlaşdırılıb. Qeyd edək ki, 2023-cü ildə MDB-yə sədrliyi Qırğızıstan Respublikası edib. 2024-cü ildən isə Birliyə sədrlik Rusiya Federasiyasına keçir. Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu dəfə də MDB tədbirinə qatılmayıb. Ermənistanı iclasda Baş nazirin müavini Mqer Qriqoryan təmsil edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447968071_193:0:2924:2048_1920x0_80_0_0_c2851d6ab6211c8a0569d58db3533689.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
moskva, mdb, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, qırğızıstan, əli əsədov
moskva, mdb, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, qırğızıstan, əli əsədov
Azərbaycan MDB-dəki tərəfdaşları ilə sıx əməkdaşlıq edir - Əli Əsədov
Azərbaycanın Baş naziri Əli Əsədov Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında çıxış edib.
BAKI, 18 dekabr — Sputnik. Azərbaycan nəqliyyat və logistika dəhlizlərinin imkanlarını genişləndirmək üçün MDB-dəki tərəfdaşları ilə sıx əməkdaşlıq edir. Bunu Azərbaycan Baş Naziri Əli Əsədov deyib.
"Prioritet layihələr olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə nəqliyyat və logistika sektorunda qarşılıqlı faydalı əməkdaşlıq qurulub. Azərbaycan bir çox tərəfdaşlarıın fəal şəkildə istifadə etdiyi nəqliyyat və logistika infrastrukturunu müasirləşdirməyə davam edir. MDB Hökumət Başçıları Şurasının Moskvada keçirilən iclasında biz yuxarıda qeyd olunan dəhlizlərin imkanlarını genişləndirmək üçün birlik çərçivəsində də sıx əməkdaşlıq edirik" - Baş nazir deyib.
Onun sözlərinə görə, Azərbaycan MDB çərçivəsində iqtisadi əməkdaşlıqda fəal iştirak edir.
"Ötən il Azərbaycan ilə Birlik ölkələri arasında ticarət dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu ilin 10 ayının yekunlarına əsasən, biz daha 17 faiz artım qeydə almışıq" - o vurğulayıb.
Baş nazir əlavə edib ki, Azərbaycan MDB çərçivəsində mədəni-humanitar əməkdaşlığın artırılmasına da böyük töhfə verir:
"Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərək bildirib ki, Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sektorunda etibarlı tərəfdaşdır. Onun sözlərinə görə, MDB üzvü olan bir çox dövlət Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə tranzit imkanlarından istifadə edir. Bu iki nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsi üzrə davam edən və perspektivli layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin gücləndirilməsinə və ticarət dövriyyəsinin artırılmasına xidmət edəcək".
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov oktyabrda XV Verona Avrasiya İqtisadi Forumu zamanı 2023-cü ilin səkkiz ayında Şərq-Qərb dəhlizi ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaların 20% , Şimal-Cənub marşrutu üzrə 33% artdığını açıqlayıb.
Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir
Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.
İclasda dekabrın 16-dan Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov da iştirak edir.
MDB ölkələr hökumət başçıları şurasının iclası Moskvanın xalq təsərrüfatları nailiyyətləri sərgi mərkəzində keçirilir. Birlik ölkələrinin baş nazirləri iclasdan öncə xalq təsərrüfatı nailiyyətləri sərgi mərkəzində açılan "Rusiya" beynəlxalq sərgi forumu ilə tanışı olublar.
Sərgi forumunda Rusiya regionlarının inkişaf yolu, ölkənin istehsal etdiyi yeni texnologiyaları nümayiş olunur.
Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında Azərbaycanın Baş naziri Əli Əsədovun çıxışı da nəzərdə tutulub.
İclas çərçivəsində MDB daxilində əlaqələrin inkişafı, humanitar məsələlər, ötən ilin yekunu və gələcək planların müzakirəsi planlaşdırılıb.
Qeyd edək ki, 2023-cü ildə MDB-yə sədrliyi Qırğızıstan Respublikası edib. 2024-cü ildən isə Birliyə sədrlik Rusiya Federasiyasına keçir.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu dəfə də MDB tədbirinə qatılmayıb. Ermənistanı iclasda Baş nazirin müavini Mqer Qriqoryan təmsil edir.