https://sputnik.az/20231218/azerbaycan-rusiya-ile-samur-hidroqovsagini-birge-istismar-edecek-461395936.html
Azərbaycan Rusiya ilə Samur Hidroqovşağını birgə istismar edəcək
Azərbaycan Rusiya ilə Samur Hidroqovşağını birgə istismar edəcək
Sputnik Azərbaycan
Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb, görüləcək... 18.12.2023, Sputnik Azərbaycan
2023-12-18T18:08+0400
2023-12-18T18:08+0400
2023-12-18T18:14+0400
samur
rusiya
suqovuşan
https://cdnn1.img.sputnik.az/img/42432/65/424326588_0:159:3077:1889_1920x0_80_0_0_1952601b6063edef83aca55f87980222.jpg
BAKI, 18 dekabr — Sputnik. Rusiyanın Dağıstan ərazisində "Azərbaycan və Rusiya arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi, mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 25-cü görüşü keçirilib. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Məlumata görə, görüş Komissiyanın Azərbaycan tərəfdən həmsədri, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Zakir Quliyevin və Rusiya tərəfdən həmsədri, bu ölkənin Su Ehtiyatları Federal Agentliyinin rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə keçirilib. İclasda səhmdar cəmiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edib. Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb, görüləcək tədbirlər barədə protokol imzalanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42432/65/424326588_173:0:2902:2047_1920x0_80_0_0_4e776547e98559aa26ccc60e3d4662df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
samur, suqovuşan
Azərbaycan Rusiya ilə Samur Hidroqovşağını birgə istismar edəcək
18:08 18.12.2023 (Yenilənib: 18:14 18.12.2023) Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb, görüləcək tədbirlər barədə protokol imzalanıb.
BAKI, 18 dekabr — Sputnik. Rusiyanın Dağıstan ərazisində "Azərbaycan və Rusiya arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi, mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 25-cü görüşü keçirilib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, görüş Komissiyanın Azərbaycan tərəfdən həmsədri, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Zakir Quliyevin və Rusiya tərəfdən həmsədri, bu ölkənin Su Ehtiyatları Federal Agentliyinin rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə keçirilib. İclasda səhmdar cəmiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edib.
Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb, görüləcək tədbirlər barədə protokol imzalanıb.