Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya FHN: Evdə yanğın zamanı pişik sahibini oyadaraq 6 nəfəri "xilas edib"

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidPişik, arxiv şəkli
Pişik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2023
Abunə olmaq
Nijni Novqorod vilayətinin Qorodişi kəndində üçmərtəbəli yaşayış binasında yanğın zamanı 3 nəfər həyatını itirib.
BAKI, 17 dekabr — Sputnik. Nijni Novqorod vilayətinin Qorodişi kəndində üçmərtəbəli yaşayış binası yanıb. Yanğın 3 nəfərin ölümünə səbəb olsa da, pişiyin sayəsində 6 nəfər xilas edilib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, yanğın zamanı kəskin qoxunu hiss edən pişik sahibini yuxudan oyadaraq kişinin qonşularının mənzilindən hər tərəfi bürüyən tüstünün görməsinə kömək olub.
Kişi dərhal Fövqəladə Hallar Nazirliyinə zəng edərək ev sakinlərinin çölə çıxmasına səbəb olub. Beləliklə, 6 nəfər yanğından xilas edilib.
Xəbər lenti
0