Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Lavrov: Ukraynada döyüşlər uzandıqca, sülh dialoqunun başlanması şərtləri çətinləşəcək

© Sputnik / Александр Вильф / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 16.12.2023
Abunə olmaq
Lavrov bir daha bildirib ki, Rusiya heç vaxt danışıqlardan qaçmayıb.
BAKI, 16 dekabr — Sputnik. Ukraynada hərbi əməliyyatlar nə qədər uzun davam edərsə, sülh danışıqlarının başlaya biləcəyi şərtlər bir o qədər çətinləşəcək.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Vaxtında prezident deyib ki, hazırda danışıqlara qarşı olanlar – burada o, Zelenskiyə artıq əldə edilmiş razılaşmanı 2022-ci ilin aprelində imzalamağı qadağan edənləri nəzərdə tutub - başa düşməlidirlər ki, Zelenskini nə qədər uzun müddət müharibə aparmağa məcbur edərlərsə, danışıqların başlaya biləcəyi şərtlər onlar üçün o qədər çətin olacaq", - deyə Lavrov Rusiya Xarici Işlər Nazirliyi və Belarus Xarici Işlər Nazirliyinin kollegiyalarının iclasının yekununda bildirib.
Lavrov bir daha bildirib ki, Rusiya heç vaxt danışıqlardan qaçmayıb.
Xəbər lenti
0