Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalılar arasında Putinə dəstək səviyyəsi müəyyənləşib

© Sputnik / Mikhail Metzel / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 15.12.2023
Abunə olmaq
FOM sorğusu: Rusiyalıların 79%-i Putinin prezident kimi fəaliyyətini bəyənir.
BAKI, 15 dekabr — Sputnik. Rusiyalıların 79%-i Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətini bəyənir, ölkə sakinlərinin 77%-i isə dövlət başçısına etibar edir.
Bunu Rusiya İctimai Rəy Fondunun keçirdiyi sorğunun nəticələri sübut edir.
Sorğunun nəticələrinə görə, respondentlərin 77%-i "Rusiya prezidentinə güvənirsinizmi" sualına müsbət cavab verib, 12%-i isə əks fkirdə olduğunu bildirib.
Respondentlərin 79%-i dövlət başçısının fəaliyyətini bəyənir, vətəndaşların 11%-i isə onun işindən məmnun deyil.
Son həftələr Putinin reytinqi xeyli artıb. Noyabrın sonunda aparılan sorğunun nəticələrinə görə, ölkə vətəndaşlarının 75%-i Rusiya prezidentinə etimad göstərib, 77%-i isə onun fəaliyyətini bəyənib.
"FOMnibus" sorğusu 2023-cü il dekabrın 8-dən 10-dək ölkənin 53 regionundan 104 yaşayış məntəqəsində 1,5 min respondent arasında keçirilib.
Xatıladaq ki, dekabrın 14-də Vladimir Putin "Qostinıy Dvor"da rusiyalıların, Rusiyadan və xarici ölkələrdən jurnalistlərin suallarını cavablandıran birbaşa xətt və mətbuat konfransı keçirib. Tədbir dörd saat dörd dəqiqə davam edib.
Xəbər lenti
0