https://sputnik.az/20231215/peskov-nato-nun-finlandiyadaki-silahlari-rusiya-ucun-tehluke-yaradacaq-461352183.html
Peskov: NATO-nun Finlandiyadakı silahları Rusiya üçün təhlükə yaradacaq
Peskov: NATO-nun Finlandiyadakı silahları Rusiya üçün təhlükə yaradacaq
Sputnik Azərbaycan
Hazırda Finlandiya NATO ölkəsi olduğu üçün Şimali Atlantika Alyansının infrastrukturu Rusiya üçün təhlükə yaradacaq. 15.12.2023, Sputnik Azərbaycan
2023-12-15T22:13+0400
2023-12-15T22:13+0400
2023-12-15T22:13+0400
nato
rusiya
finlandiya
silah
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451232938_0:161:3068:1887_1920x0_80_0_0_839302fff1d4f31dd909cdc4b7591650.jpg
BAKI, 15 dekabr — Sputnik. Finlandiya öz ərazisində NATO silahlarını yerləşdirərsə, bu, Moskva ilə Helsinki arasında münasibətlərdə gərginliyə səbəb olacaq. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib. "Biz yalnız təəssüflənə bilərik, çünki Finlandiya ilə əla münasibətlərimiz var idi. Heç kim heç kimə hədə-qorxu gəlməyib, qarşılıqlı iddialar olmayıb, heç kim maraqlara toxunmayıb, qarşılıqlı maraqlar olub", - deyə Peskov vurğulayıb. Kreml rəsmisi əlavə edib ki, hazırda Finlandiya NATO ölkəsi olduğu üçün Şimali Atlantika Alyansının infrastrukturu Rusiya üçün təhlükə yaradacaq. Xatırladaq ki, Finlandiya bu ilin aprelində rəsmi olaraq NATO-ya üzv olub. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko daha əvvəl bildirmişdi ki, Finlandiya öz ərazisində xarici NATO kontingentini qəbul etməyə hazırdır və artıq müvafiq sazişlər bağlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451232938_169:0:2900:2048_1920x0_80_0_0_10a88ff648591e6f64f88995188dae99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, finlandiya, silah, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
nato, finlandiya, silah, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
Peskov: NATO-nun Finlandiyadakı silahları Rusiya üçün təhlükə yaradacaq
Hazırda Finlandiya NATO ölkəsi olduğu üçün Şimali Atlantika Alyansının infrastrukturu Rusiya üçün təhlükə yaradacaq.
BAKI, 15 dekabr — Sputnik. Finlandiya öz ərazisində NATO silahlarını yerləşdirərsə, bu, Moskva ilə Helsinki arasında münasibətlərdə gərginliyə səbəb olacaq.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
"Biz yalnız təəssüflənə bilərik, çünki Finlandiya ilə əla münasibətlərimiz var idi. Heç kim heç kimə hədə-qorxu gəlməyib, qarşılıqlı iddialar olmayıb, heç kim maraqlara toxunmayıb, qarşılıqlı maraqlar olub", - deyə Peskov vurğulayıb.
Kreml rəsmisi əlavə edib ki, hazırda Finlandiya NATO ölkəsi olduğu üçün Şimali Atlantika Alyansının infrastrukturu Rusiya üçün təhlükə yaradacaq.
Xatırladaq ki, Finlandiya bu ilin aprelində rəsmi olaraq NATO-ya üzv olub. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko daha əvvəl bildirmişdi ki, Finlandiya öz ərazisində xarici NATO kontingentini qəbul etməyə hazırdır və artıq müvafiq sazişlər bağlayıb.