Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ukraynanın əks-hücumu başlayandan indiyədək 747 tankı məhv edib - Putin

© SputnikUkrayna
Ukrayna - Sputnik Azərbaycan, 1920, 14.12.2023
Abunə olmaq
İstanbulda danışıqlar zamanı müəyyən parametrlər üzərində razılaşmışdıq, sadəcə, sonradan bu razılaşmaları sobaya atdılar.
BAKI, 14 dekabr — Sputnik. Qərb Ukraynaya vəd etdiyi hər şeyi, hətta daha çoxunu verib, lakin Rusiya qoşunları Kiyevin əks-hücumu başlayandan bəri artıq 747 tank və 2,3 min zirehli texnikanı məhv edib. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
"Əks-hücum adlandırılan əməliyyat başlayandan biz 747 tankı məhv etdik. Bu, dünən axşama olan məlumatdır. Demək olar ki, müxtəlif siniflərdən olan 2300 zirehli texnika məhv edilib", - Putin deyib.
O əlavə edib ki, Qərb Ukraynaya 400-dən bir qədər çox tank tədarük edəcəyinə söz verib.
"Bu, demilitarizasiyadır. İstanbulda danışıqlar zamanı müəyyən parametrlər üzərində razılaşmışdıq, sadəcə, sonradan bu razılaşmaları sobaya atdılar. Başqa imkanlar da var: ya razılaşıb qərar versinlər, ya da biz bunu zorla həll etməyə çalışacağıq", - deyə prezident əlavə edib.
Putin - Sputnik Azərbaycan, 1920, 14.12.2023
RUSİYA
XHƏ, Türkiyə, Qarabağ: Putinin mətbuat konfransının nəticələri
Xəbər lenti
0