https://sputnik.az/20231214/putin-erdogan-qezzada-bohranin-hellinde-muhum-rol-oynayir-461309729.html
Putin: Ərdoğan Qəzzada böhranın həllində mühüm rol oynayır
Putin: Ərdoğan Qəzzada böhranın həllində mühüm rol oynayır
Sputnik Azərbaycan
Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin əvvəlində Ankaraya səfərinin mümkünlüyünü də istisna etməyib. 14.12.2023, Sputnik Azərbaycan
2023-12-14T15:56+0400
2023-12-14T15:56+0400
2023-12-14T15:56+0400
rusiya prezidenti vladimir putin
mətbuat konfransı
rusiya
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
qəzza
qəzza zolağı
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156758_0:178:3008:1870_1920x0_80_0_0_5fe49fcd1461b39ed0a7f1d05174b439.jpg
BAKI, 14 dekabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında vəziyyətin bərpasında mühüm rol oynayır. Bunu Rusiya prezidenti Vladimir Putin birbaşa xətt və mətbuat konfransı zamanı deyib. Onun sözlərinə görə, Türkiyə prezidenti beynəlxalq ictimaiyyətin bu faciəyə diqqət yetirən və vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün hər şeyi edən liderlərindən biridir. "Çünki baş verənlər təbii ki, fəlakətdir", - Putin bildirib. O, həmçinin 2024-cü ilin əvvəlində Ankaraya səfərinin mümkünlüyünü də istisna etməyib. O əlavə edib ki, bir müddət sonra Türkiyə lideri ilə görüşmək üçün bu ölkəyə getməyə hazırdır. "Düşünürəm ki, onunla görüşə biləcəyik. Həqiqətən də bunu planlaşdırıram. Bu yaxınlarda planlaşdırmışdım, amma prezident Ərdoğanın cədvəlinə uyğun gəlmədiyi üçün baş tutmadı. Baxmayaraq ki, Türkiyəyə uçmağa hazır idim", - Putin bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156758_140:0:2869:2047_1920x0_80_0_0_8a4430acc4199b2cee051332865c53a1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, mətbuat konfransı, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, qəzza, qəzza zolağı
rusiya prezidenti vladimir putin, mətbuat konfransı, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, qəzza, qəzza zolağı
Putin: Ərdoğan Qəzzada böhranın həllində mühüm rol oynayır
Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin əvvəlində Ankaraya səfərinin mümkünlüyünü də istisna etməyib.
BAKI, 14 dekabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında vəziyyətin bərpasında mühüm rol oynayır. Bunu Rusiya prezidenti Vladimir Putin birbaşa xətt və mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə prezidenti beynəlxalq ictimaiyyətin bu faciəyə diqqət yetirən və vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün hər şeyi edən liderlərindən biridir.
"Çünki baş verənlər təbii ki, fəlakətdir", - Putin bildirib.
O, həmçinin 2024-cü ilin əvvəlində Ankaraya səfərinin mümkünlüyünü də istisna etməyib. O əlavə edib ki, bir müddət sonra Türkiyə lideri ilə görüşmək üçün bu ölkəyə getməyə hazırdır.
"Düşünürəm ki, onunla görüşə biləcəyik. Həqiqətən də bunu planlaşdırıram. Bu yaxınlarda planlaşdırmışdım, amma prezident Ərdoğanın cədvəlinə uyğun gəlmədiyi üçün baş tutmadı. Baxmayaraq ki, Türkiyəyə uçmağa hazır idim", - Putin bildirib.