https://sputnik.az/20231213/rusiyanin-federasiya-surasi-mekteblerde-telefondan-istifadenin-mehdudlasmasini-tesdiqleyib-461287917.html
Rusiyanın Federasiya Şurası məktəblərdə telefondan istifadənin məhdudlaşmasını təsdiqləyib
Rusiyanın Federasiya Şurası məktəblərdə telefondan istifadənin məhdudlaşmasını təsdiqləyib
Sputnik Azərbaycan
Qanun müəllimlərin öz insan ləyaqətinə hörmət etmək və zorakılığın bütün formalarından müdafiə hüququnu nəzərdə tutur. Əvvəllər belə hüquqa yalnız məktəblilər... 13.12.2023, Sputnik Azərbaycan
2023-12-13T20:16+0400
2023-12-13T20:16+0400
2023-12-13T20:16+0400
rusiya
rusiya
məktəbli
müəllim
mobil telefon
hüquq
zorakılıq
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461287748_0:84:3186:1876_1920x0_80_0_0_b56148394813aafa64c09f3563420287.jpg
BAKI, 13 dekabr — Sputnik. Rusiyanın Federasiya Şurası məktəblərdə telefondan istifadəni məhdudlaşdıran qanunu təsdiqləyib. Telefonlar yalnız fövqəladə hallarda - məsələn, tələbələrin və müəllimlərin həyatı və ya sağlamlığı üçün təhlükə yarandıqda istifadə edilə bilər. Qanun, həmçinin 2024-cü il sentyabrın 1-dən ibtidai və orta məktəblərdə icbari əmək dərsinin tətbiqini də müəyyən edib. Təşəbbüs daxili qaydaları pozan tələbələrə intizam tənbehinin tətbiqi ilə bağlı müəllimlərin müraciətlərinə təhsil təşkilatının rəhbərliyi tərəfindən məcburi baxılması mexanizminin tətbiqini nəzərdə tutur.Qanunda qeyd olunur ki, daxili nizam-intizam qaydalarına əməl olunmasına, o cümlədən dərslərdə intizama və təşkilatda davranış qaydalarına riayət olunmasına nəzarət müəllimlər və təhsil təşkilatlarının rəhbərləri, habelə digər vəzifəli şəxslər tərəfindən həyata keçirilir. Bundan əlavə, təhsil təşkilatı rəhbərinin təhsil münasibətləri iştirakçılarının hüquqlarının müdafiəsinə, onlara qarşı fiziki və psixi zorakılığın qarşısının alınmasına yönəlmiş zəruri tədbirlər görmək öhdəliyini müəyyən edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461287748_455:0:3186:2048_1920x0_80_0_0_ad7926fedb92526a8365c30545e5c28d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, məktəbli, müəllim, mobil telefon, hüquq, zorakılıq
rusiya, məktəbli, müəllim, mobil telefon, hüquq, zorakılıq
Rusiyanın Federasiya Şurası məktəblərdə telefondan istifadənin məhdudlaşmasını təsdiqləyib
Qanun müəllimlərin öz insan ləyaqətinə hörmət etmək və zorakılığın bütün formalarından müdafiə hüququnu nəzərdə tutur. Əvvəllər belə hüquqa yalnız məktəblilər malik idilər.
BAKI, 13 dekabr — Sputnik. Rusiyanın Federasiya Şurası məktəblərdə telefondan istifadəni məhdudlaşdıran qanunu təsdiqləyib. Telefonlar yalnız fövqəladə hallarda - məsələn, tələbələrin və müəllimlərin həyatı və ya sağlamlığı üçün təhlükə yarandıqda istifadə edilə bilər.
Qanun, həmçinin 2024-cü il sentyabrın 1-dən ibtidai və orta məktəblərdə icbari əmək dərsinin tətbiqini də müəyyən edib.
Təşəbbüs daxili qaydaları pozan tələbələrə intizam tənbehinin tətbiqi ilə bağlı müəllimlərin müraciətlərinə təhsil təşkilatının rəhbərliyi tərəfindən məcburi baxılması mexanizminin tətbiqini nəzərdə tutur.
Qanunda qeyd olunur ki, daxili nizam-intizam qaydalarına əməl olunmasına, o cümlədən dərslərdə intizama və təşkilatda davranış qaydalarına riayət olunmasına nəzarət müəllimlər və təhsil təşkilatlarının rəhbərləri, habelə digər vəzifəli şəxslər tərəfindən həyata keçirilir.
Qanun müəllimlərin öz insan ləyaqətinə hörmət etmək və zorakılığın bütün formalarından müdafiə hüququnu nəzərdə tutur. Əvvəllər belə hüquqa yalnız məktəblilər malik idilər.
Bundan əlavə, təhsil təşkilatı rəhbərinin təhsil münasibətləri iştirakçılarının hüquqlarının müdafiəsinə, onlara qarşı fiziki və psixi zorakılığın qarşısının alınmasına yönəlmiş zəruri tədbirlər görmək öhdəliyini müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.